ABŞ də azyaşlı miqrantlara ölkəni tərk etmələri üçün pul ödəniləcək
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ administrasiyası beş yaşından başlayaraq miqrant uşaqların ölkəni könüllü tərk etmələri müqabilində üç min dollar ödəməyə hazırdır.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg Law" portalı vəkillərə və hüquq müdafiə təşkilatlarına istinadən məlumat yayıb.
Məlumata görə, bu təklifləri ya ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) nümayəndələri irəli sürür, ya da bu seçim barədə immiqrasiya məhkəmələrini məlumatlandırırlar. Bəzi hallarda uşaqlara təklif qanuni nümayəndələrinin iştirakı olmadan edilir. Ödəniş birdəfəlik aksiya kimi təqdim olunur və düşünmək üçün vaxt verilmir.
2025-ci ildə ABŞ Prezidenti Donald Trampın administrasiyası 14 yaşından başlayaraq azyaşlı miqrantlara ölkəni tərk etmələri müqabilində 2 500 dollar təklif etməyə başlayıb.
Qeyd olunur ki, bu praktikanın daha azyaşlı uşaqlara da şamil edilməsi Vaşinqtonun azyaşlıların immiqrasiya işlərinə baxılmasını sürətləndirmək və deportasiyaların sayını artırmaq niyyətindən xəbər verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 11 Oktyabr 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















