Icma.az
close
up
RU
ABŞ də dəhşətli ölüm: Parazitlər burnunu krandan su ilə yuyan qadının beynini yedilər

ABŞ də dəhşətli ölüm: Parazitlər burnunu krandan su ilə yuyan qadının beynini yedilər

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ sakini "beyin yeyən" amöb-parazitin yaratdığı nadir infeksiyaya yoluxub. İnfeksiya krandan gələn su vasitəsilə orqanizmə daxil olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Record" nəşri yazıb.

Məlumata görə, Texas ştatında yaşayan 71 yaşlı qadın avtoevdə burnunu kran suyu ilə yuyub. Nəticədə "Naegleria fowleri" amöbü burun keçidlərindən onun beyninə daxil olub və "beynini yeyib". Bu isə ilkin amöb meningoensefalit xəstəliyinə səbəb olub.

Əlamətlər dördüncü gündə özünü göstərib: xəstənin temperaturu yüksəlib, baş ağrıları və huşun bulanıqlığı müşahidə olunub. Həkimlərin səylərinə baxmayaraq, xəstədə beyin ödəmi yaranıb. Analizlər onurğa beyni mayesində təhlükəli mikroorqanizmin olduğunu təsdiqləyib. Qadını xilas etmək mümkün olmayıb - o, xəstəliyin səkkizinci günündə vəfat edib.

"Bu hadisə burnun yuyulması üçün yalnız steril sudan istifadənin vacibliyini vurğulayır", - deyə Texas Səhiyyə Departamentindən bildirilib.

Qurum əlavə edib ki, içməli su təhlükəsizdir, çünki amöb beyinə yalnız burun keçidləri vasitəsilə daxil ola bilir.

Qeyd edək ki, ABŞ-də hər il, əsasən yay aylarında 2-3 belə hal qeydə alınır. 1962-ci ildən bəri yalnız 160 yoluxma faktı aşkar edilib və onlardan yalnız bir neçəsi sağ qalıb. Texas bu infeksiya üzrə ən əlverişsiz ştatlardan biri hesab olunur.

Mütəxəssislər ilıq şirin su hövzələrində çimməkdən çəkinməyi və burnu yumaq üçün yalnız distillə edilmiş və ya qaynadılmış sudan istifadə etməyi tövsiyə edirlər. Dəniz suyu isə təhlükəsiz sayılır, çünki amöb orada yaşamır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 İyun 2025 04:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri