ABŞ də faciə: Atasının maşında unutduğu uşaq istidən ölüb
Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub.
Sitat.info-nunxəbərinə görə, bu barədə "New York Post" (NYP) nəşri yerli polisə və məktəbəqədər müəssisənin əməkdaşlarına istinadən məlumat verib.
"Oğlanın atası onu səhər uşaq bağçasına aparmalı idi, lakin oğlunun hələ də maşında olduğunu unudub və işə gedib. Atası uşağı götürmək üçün uşaq bağçasına getdiyi zaman başa düşüb ki, onu, ümumiyyətlə, oraya aparmayıb", - deyə məlumatda bildirilib.
Yetkinlik yaşına çatmayan uşağın cəsədini axtarışlarda iştirak edən uşaq bağçasının direktoru Lesli Novoa aşkar edib. Məhz o, avtomobilin qapısını açıb və arxa oturacaqda öz yetirməsini ölü tapıb. Uşaq bağçasının direktoru hadisəni ortaq faciə adlandırıb.
Polis hadisənin səbəblərini araşdırır. Qeyd olunur ki, bu insident artıq uşaqlarla bağlı üçüncü haldır - Floridada havanın temperaturu hazırda orta hesabla +38 dərəcəyə çatır./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 01 İyul 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















