ABŞ də gizli İran müzakirələri Baş Qərargah rəisləri Pentaqonda görüşdü
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
İranla artan gərginliklə əlaqədar ABŞ və İsrailin Baş Qərargah rəisləri ötən həftəsonu Pentaqonda qapalı görüş keçirib.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ rəsmilərinin bildirdiyinə görə, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Den Keyn ilə İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir arasında baş tutan görüş əvvəlcədən elan olunmayıb və detalları açıqlanmayıb.
Görüş ABŞ prezidenti Donald Trampın İranı danışıqlara məcbur etmək məqsədilə sərt bəyanatlar verməsindən və Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu, xüsusilə dəniz qüvvələri və hava hücumundan müdafiə imkanlarını gücləndirməsindən sonra baş tutub.
İran tərəfi isə ABŞ-ın mümkün hərbi addımının regionda genişmiqyaslı qarşıdurmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Mənbələr bildirir ki, görüşdə İran ətrafında mümkün ssenarilər və hərbi koordinasiya məsələlərinin müzakirə edildiyi ehtimal olunur, lakin bu barədə rəsmi təsdiq yoxdur.
Cavid, BakuPost
Baxış sayı:97
Bu xəbər 02 Fevral 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















