ABŞ də hökumətin bağlanmasının qarşısını almaq üçün razılıq əldə edilib
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da immiqrantları hədəf alan reydlərə qoyulan yeni məhdudiyyətlərlə bağlı müzakirələr davam edərkən, Prezident Donald Tramp və Senatdakı Demokrat nümayəndələr hökumətin genişmiqyaslı bağlanmasının qarşısını almaq məqsədilə müvəqqəti razılığa gəliblər.
Banco.az xəbər verir ki, razılaşmaya əsasən, Daxili Təhlükəsizlik Departamentinə iki həftəlik əlavə maliyyələşmə ayrılacaq ki, bu da gələn həftə sonuna qədər danışıqların davam etdirilməsinə imkan verəcək. Saziş eyni zamanda bir neçə digər dövlət qurumunun illik maliyyələşməsini də əhatə edir. Bu addım hökumətin bağlanma ilə üzləşməsinin qarşısını almağa xidmət edəcək.
Razılaşmanın əldə edilməsi bağlanma üçün cümə axşamına qədər qoyulan son tarixə qədər tam yekunlaşması ehtimalı az olsa da, bu, daha geniş büdcə danışıqları üçün zəmin yaradır.
Qeyd edək ki, müzakirələr son günlər Minneapolisdə federal agentlərin fəaliyyəti zamanı baş vermiş ölüm hadisələrinin ölkə miqyasında tənqidlərə səbəb olması fonunda daha da kəskinləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















