ABŞ də ildırım telefonun şarj cihazından keçərək qadını vurdu: Yaddaşı zəiflədi
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İldırım amerikalı qadını öz evində telefonun şarj cihazı vasitəsilə vurub.
Oxu.Az bu barədə "New York Post" nəşrinə istinadla xəbər verir.
Lisa Henderson evinə elektrik rozetkası ilə daxil olan ildırımın vurmasından sonra müvəqqəti olaraq yaddaşını itirib. Hadisə tufan zamanı onun çarpayıda uzanaraq, enerji yığan telefonu ilə sosial şəbəkələrə baxarkən baş verib.
Hendersonun dediyinə görə, o, parlaq işıq, güclü parıltı görüb, sonra isə qulaqlarında cingilti eşidib:
"Mən instinktiv olaraq telefonu kənara atdım. Əgər bunu etməsəydim, məni daha güclü elektrik cərəyanı vura bilərdi".
Hadisədən sonra o, xəstəxanaya yerləşdirilib, burada ən sadə detalları, o cümlədən öz adını və yaşını xatırlamaqda çətinlik çəkib.
Baxış sayı:80
Bu xəbər 04 İyul 2025 03:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















