ABŞ də intihar edən yeniyetmənin ailəsi ChatGPT ni günahlandırdı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-də 16 yaşlı yeniyetmə intihar edib, bundan sonra valideynləri hadisədə "OpenAI" şirkətinin "ChatGPT" neyron şəbəkəsini günahlandırıblar. Yeniyetmənin ailəsi təşkilata və onun rəhbəri Sem Altmana qarşı məhkəmədə iddia qaldırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə NBC kanalı məhkəmə sənədlərinə istinadən məlumat verib.
San-Fransiskoda Kaliforniya Ali Məhkəməsində qaldırılan iddiaya görə, yeniyetmə həyatının son həftələrində chatbotla aktiv şəkildə ünsiyyətdə olub. Oğlan intihar etmək planları barədə çatbota məlumat verəndə "ChatGPT" onunla dialoqu dayandırmayıb və "təcili protokol"u aktivləşdirməyib.
Yeniyetmənin valideynləri "OpenAI"ı ölümə səbəb olmaqda, çatbotdakı qüsurlarda, həmçinin şirkətin öz məhsulunun istifadəsi ilə bağlı risklər barədə xəbərdarlıq etməməsində ittiham ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 27 Avqust 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















