ABŞ də İran silahlarını husilərə ötürən şəxs mühakimə olunub
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Ədliyyə Departamenti bir pakistanlının İranın raket hissələrini "Ənsar Allah" qruplaşmasına (husilərə) ötürməyə yardım etməkdə təqsirli bilindiyini açıqlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xarici KİV-ə istinadən xəbər yayıb.
Məlumata görə, 49 yaşlı Məhəmməd Pəhləvan ötən ilin yanvarında Ərəb dənizində raket hissələri və döyüş başlığı daşıyan bayraqsız bir gəminin ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılmasından sonra həbs edilib.
Bildirilib ki, Məhəmməd Pəhləvan İrandan Yəmənə silah daşımaq üçün SEPAH-a bağlı olan iki İran vətəndaşı ilə işləyib. O, husilərə maddi dəstək verməkdə və İranın kütləvi qırğın silahlarını yaymaq da daxil olmaqla bir çox ittihamlarla mühakimə olunub.


