ABŞ də köhnə anbarda 200 min dollarlıq avtomobil tapıldı FOTO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-də çox nadir "500 Hemi" versiyasında sahibsiz "Dodge Charger" avtomobili tapılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Autoevolution" məlumat yayıb.
1969-cu il istehsalı, 425 at gücünə malik bu avtomobillərdən yalnız 67 ədəd buraxılıb. Nadir model 1972-ci ildən bəri sürülmür.
Məlum olub ki, onun sahibi boya işlərinin keyfiyyətindən narazı qalıb və maşını yenidən rəngləmək istəyib. O, köhnə boyanı qismən sıyırıb, lakin işi başa çatdıra bilməyib.
"Dodge Charger"in yürüşü 35,4 min km-dir.
İdman avtomobili bərpa edildikdən sonra satılacaq. Hazırda belə avtomobillərin qiyməti orta hesabla 200.000 dollardır.

53 ildir sürülmür: Köhnə anbarda 200 min dollarlıq avtomobil tapıldı
18 Avqust 2025 04:02
Qarajda unudulan köhnə avtomobil 200 min avroya satıldı
20 Mart 2025 07:03
ABŞ də zibil qutusundan 50 min dollarlıq rəsm əsəri tapıldı
02 İyun 2025 04:31
ABŞ də 200 min insan işıqsız qalıb
27 May 2025 16:30
ABŞ də 200 min şəxs elektriksiz QALDI
05 Mart 2025 23:05

