ABŞ də Livan və İsrail arasında baş tutacaq danışıqların mövzusu AÇIQLANDI
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Livan və İsrail arasında bu gün axşam saatlarında Vaşinqtonda keçiriləcək danışıqlar yalnız atəşkəs razılaşmasının əldə edilməsinə yönələcək.
Redaktor.az xəbər verir ki, bu barədə Livanın rəsmi mənbələrə istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.
Bildirilib ki, Beyrutun mövqeyi aydındır və danışıqlar atəşkəsin əldə edilməsinə hesablanıb.
Mənbə qeyd edib ki, bu görüş bir növ hazırlıq xarakteri daşıyır. O vurğulayıb ki, ABŞ dövlət katibinin İsraillə danışıqlarda iştirakı prosesə Birləşmiş Ştatların dəstəyinin sübutudur.
Daha əvvəl ərəb ölkələrindən birinə aid diplomatik mənbə TASS-a bildirib ki, İsraillə yeni atəşkəs sazişinin əldə edilməsi Vaşinqtonda keçiriləcək Beyrut-Təl-Əviv danışıqlarında prioritetdir.
Həmçinin bildirilir ki, "Hizbullah" hərəkatı ABŞ-də İsrail və Livan arasında birbaşa danışıqlarda əldə oluna biləcək istənilən razılaşmanı qəbul etməyəcək.
"Livan və İsrail arasında danışıqların nəticələrinə gəlincə, bu bizi qətiyyən maraqlandırmır və narahat etmir. Onların razılaşacaqlarına özümüzü bağlı hesab etməyəcəyik", - deyə "Hizbullah" hərəkatın nümayəndəsi Vafiq Safa bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl bəyan etmişdi ki, aprelin 14-də Livan tərəfi ilə danışıqlarda yəhudi dövləti "Hizbullah"ın təkcə cənub sərhəd bölgələrində deyil, ölkənin bütün ərazisində tərk-silah edilməsinə nail olmağa çalışacaq. Hər iki tərəf danışıqlarda ABŞ-dəki səfirlər səviyyəsində təmsil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 Aprel 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















