Icma.az
close
up
RU
ABŞ də maliyyə maxinasiyalarına, böhtan kampaniyalarına cəlb edilən media vasitələrinin siyahısı açıqlanır

ABŞ də maliyyə maxinasiyalarına, böhtan kampaniyalarına cəlb edilən media vasitələrinin siyahısı açıqlanır

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-də bu vaxta qədər müxtəlif administrasiyaların başqa ölkələrin daxili işlərinə qarışması, bunun üçün media da daxil olmaqla ən müxtəlif vasitələrdən istifadə etməsi artıq okeanın o tayında açıq şəkildə etiraf olunur.

Bu etiraflardan məlum olur ki, dünya ictimaiyyətinin rəyinə təsir edən bir sıra media vasitələri ABŞ hökumətindən maliyyələşib və bu əsasda da konkret sifarişləri icra edib. Özü də həmin sifarişlərin icrasını yerinə yetirən media vasitələri jurnalistikanın bütün prinsip və dəyərlərini heç tərəddüd etmədən arxa plana atıblar. Amma görünən odur ki, ABŞ-də formalaşan yeni hakimiyyət artıq tamam fərqli bir siyasət yürütməyə başlayıb. Elə bu kontekstdə də qərəzli sifarişlərin icraçılarına vəsait ayrılması dayandırılır. 

Sifariş məqsədilə verilən pullardan məhrum olanların bir çoxunun adı elə ABŞ administasiyası tərəfindən açıqlanıb. Onların siyahısında ilk olaraq, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) gəlir. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask əvvəlki kimi USAID-in hər il milyardlarla vəsaiti boş yerə sərf etdiyini bəyan edərək, bu qurumun birdəfəlik ləğvinin zərurət olduğunu bəyan edir. ABŞ Prezidenti Donald Tramp da bu yanaşmaya tam dəstək ifadə edir. 

Çoxsaylı faktlar da göstərir ki, Amerikanın xarici yardımı və inkişaf proqramlarının idarə edilməsinə cavabdeh olan agentlik missiyasından tamam fərqli işlərlə məşğul olub. Məhz bu kontekstdə İlon Mask USAID-in fəaliyyətinə xüsusi diqqət yetirərək, təşkilatın qərəzliliyə görə ləğv edilməli olduğu və onun bərpasının mümkünsüz olduğunu bildirir. O, təşkilatın vəsaitlərinin əsasən xarici ölkələrin seçkilərinə müdaxilə üçün istifadə olunduğunu da vurğulayır. Buna paralel olaraq, yeni Amerika hökuməti USAID-də görünməmiş həcmdə korrupsiya sxemini də üzə çıxarıb. 

“Soyuq müharibə” dövründə ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan “Azadlıq Radiosu” və “Amerikanın Səsi” kimi Amerikanın dövlət media orqanları da uzun illərdir ki, təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilir. Özü də bu media qurumlarına hər il yüz milyonlarla vəsait sərf olunur və bu pulların da göyə sovrulduğunu yenə ABŞ hökuməti özü bəyan edir. Lakin siyahı təkcə bununla bitmir. 

İlon Mask bildirir ki, Co Baydenin prezidentliyi dönəmində ABŞ hökuməti “Reuters” agentliyinə də hər il milyonlarla dollar ayırıb. “Reuters” isə öz növbəsində verilən sifarişləri icra edib, dünya ictimaiyyətində müxtəlif məsələlər üzrə ABŞ hökumətinin istədiyi formada yanlış rəy yaradılması ilə məşğul olub: “ABŞ hökuməti “kütləvi sosial aldatma” üçün “Reuters” agentliyinə milyonlarla dollar ödəyib. Satınalma sifarişi sözün əsl mənasında budur!”. “X” sosial şəbəkəsində yayılan məlumata əsasən, təkcə Pentaqon hər il “Reuters”ə 9 milyon dollar ayırıb. Alınan pulların əvəzində “Reuters” dünya ictimaiyyətinə saxta məlumatlar sırayıb, konkret ölkələri, qurumları, şəxsləri hədəfə alıb, onlar barəsində qarayaxma, böhtan kampanisyası aparıb. Bununla bağlı xeyli sayda faktlar mövcuddur. Amma ABŞ hökumətinin pulları yalan və iftira naminə təkcə “Reuters” vasitəsilə israf edilməyib. 

Mask daha əvvəl bildirib ki, Donald Trampın administrasiyası “Politico”, “The New York Times” və “Associated Press” kimi media vasitələrinin maliyyələşdirilməsini ləğv edib. O qeyd edib ki, “Politico” Dövlət Departamentindən hər il 620 min dollar digər nəşrlər isə Səhiyyə və Sosial Xidmətlər Nazirliyindən on milyonlarla dollar alıb. Mask həmçinin qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi hər il naməlum şəxslərə 100 milyard dollar müavinət ödəyir . O, bu vəziyyəti “dəlilik” adlandırıb. Eyni zamanda, yeni hökumətin Maliyyə Nazirliyi bu ödənişlərin təxminən yarısının aşkar saxtakarlıq olduğunu etiraf edib.

Bütün bu üzə çıxan faktlar heç şübhəsiz ki, tam siyahı deyil və bunun davamının olacağı da tamamilə gözlənilən haldır. İlon Maskın daha bir maraqlı etirafı budur ki, Birləşmiş Ştatlar bu və ya digər şəkildə başqa ölkələrin işlərinə qarışmağı dayandırmalı və diqqətini öz problemlərinə yönəltməlidir: “Elə vaxtlar olub ki, ABŞ beynəlxalq məsələlərdə iddialı olub, başqa ölkələrin daxili işlərinə müdaxilə edib. Mən hesab edirəm ki, biz ümumiyyətlə, başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdən kənar durmalıyıq”. Mask onu da xüsusi vurğulayıb ki, Birləşmiş Ştatların dünyada rejim dəyişikliyini təşviq etmək əvəzinə öz problemləri ilə məşğul olmağın vaxtıdır. Görünən odur ki, elə Tramp administrasiyası artıq məhz bununla məşğul olmaq qərarına gəlib.

MTM Analitik Qrup

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Fevral 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see186

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see119

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Həkim sağlam yuxunun SİRRİNİ AÇIQLADI

17 İyul 2025 21:11see112

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see111

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see111

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see110

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see110

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see110

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see109

Sərinkeşin qarşısında yatmaq zərərlidir?

17 İyul 2025 22:06see109

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108

Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... Orban

18 İyul 2025 01:00see108

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri