ABŞ də məhkəmə İlon Maskı cərimələdi
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
ABŞ-nin Kolumbiya Dairə Məhkəməsi sahibkar İlon Maskı "Twitter" (hazırda "X) sosial şəbəkəsinin alışı zamanı yol verdiyi pozuntulara görə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) 1.5 milyon dollar məbləğində cərimə ödəməyə məhkum edib.
Moderator.az "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə məhkəmənin qərarında bildirilir.
Sənəddə qeyd edilir ki, vəsait 30 gün müddətində köçürülməlidir. Pul daxil olduqdan sonra komissiya onu ABŞ Maliyyə Nazirliyinin hesabına keçirəcək.
Xatırladaq ki, 2025-ci ilin yanvarında SEC Maska qarşı məhkəmə iddiası qaldıraraq, onun 2022-ci ilin martında "Twitter"in tədavüldə olan səhmlərinin 5%-dən çoxunu əldə etməsi faktını açıqlayan benefisiar mülkiyyət məlumatlarını tənzimləyiciyə təqdim etmədiyini və bununla da qiymətli kağızlar haqqında federal qanunları pozduğunu bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 09 İyul 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















