ABŞ də məzuniyyət mərasimində tələbələr Fələstin bayrağı daşıdılar
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin Rod-Aylend ştatındakı Braun Universitetində məzuniyyət mərasimi keçirilib.
Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadla qeyd edir ki, mərasimdə tələbələr həmrəyliklərini vurğulamaq üçün Fələstin bayrağı daşıyıblar. İsrailin hücumlarına qarşı səsini eşitdirmək istəyən bəzi tələbələr rektor Kristina Paksonun çıxışını kəsərək etiraz ediblər.
"Brown Alumni for Palestine" (Fələstin üçün Qəhvəyi Məzunlar) adlanan qrup, verdiyi açıqlamada universitetin İsraillə əlaqəli şirkətlərlə iş əlaqələrini kəsməyincə ianə etməyəcəklərini bildirib.
Bildirək ki, Qəzzada İsrailin soyqırımına və ABŞ-nin İsrailə dəstəyinə etiraz edən universitet tələbələri ötən ilin yazında həftələrlə davam edən nümayişlər keçiriblər.
Kolumbiya Universitetində başlayan Fələstinə dəstək nümayişləri ölkənin 50-dən çox universitetini əhatə edib və polis əksəriyyəti tələbələr və müəllimlərdən ibarət minlərlə insanı saxlayıb.
Qeyd edək ki, Prezident Donald Tramp administrasiyasının Fələstinə dəstək ilə gündəmə gələn Braun Universitetinə verilən 510 milyon dollarlıq maliyyəni dayandırmağı planlaşdırdığı bildirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 26 May 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















