ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Minnesota ştatının Minneapolis şəhərində ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları avtomobili ilə onların yolunu kəsməyə çalışan qadını güllələyiblər.
Yeniavaz.com xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti qadının vurulduğunu təsdiqləyib.
Departamentdən bildirilib ki, ICE zabitləri məqsədli əməliyyatlar aparırdılar və bu zaman iğtişaşçılar onların əməliyyatlarına mane olmağa çalışıb. Onlardan biri “avtomobilindən silah kimi istifadə edərək” zabitlərin üzərinə sürməyə cəhd edib. ICE zabiti “müdafiə atəşi” ilə cavab verib.
Milli təhlükəsizlik naziri Kristi Noem hadisəni “daxili terror aktı” adlandırıb. Onun sözlərinə görə, “məcburi əməliyyat” aparan ICE əməkdaşları əlverişsiz hava şəraiti səbəbindən qarda ilişib qalıblar və avtomobillərini yoldan çıxarmağa çalışarkən qadın onlara və başqalarına hücum edib, onları vurmağa cəhd edib. Minneapolis Bələdiyyə Başçısı Ceykob Frey ICE agentinin iştirakı ilə baş verən atışma ilə bağlı məlumatını təsdiqlədi və agentliyin şəhəri dərhal tərk etməsini tələb edərək, onun mövcudluğunun “xaos yaratdığını” deyib.
Bu mövzuda digər xəbərlər:ABŞ Miqrasiya Polisi Minneapolisdə qadını güllələdi
08 Yanvar 2026 14:24
Seymur Bəxşəliyev: ABŞ də çalışan azərbaycanlı mühəndis
05 Fevral 2025 12:01
ABŞ də eniş etməyə çalışan helikopter aşdı VİDEO
24 İyun 2025 15:44
Məktəblərdə çalışan psixoloq və tibb işçiləri üçün təlimat hazırlanacaq
17 Sentyabr 2025 18:54
Qəzada xilas olmağa çalışan sürücü başqa maşının altında qaldı
16 Noyabr 2024 09:49
Baxış sayı:124
Bu xəbər 07 Yanvar 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















