Icma.az
close
up
RU
ABŞ də NATO nun Rusiya ilə mümkün müharibə planları tənqid edildi

ABŞ də NATO nun Rusiya ilə mümkün müharibə planları tənqid edildi

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın CNN nəşri NATO-nun Rusiya ilə mümkün müharibə ssenarisi üzrə hazırladığı planların ciddi tənqidə məruz qaldığını yazıb.

Redaktor.az xəbər verir ki, nəşrin məlumatına görə, alyans ölkələrinin hökumətləri mövcud planların icrası üçün real və yetərli addımlar atmır. Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) baş elmi əməkdaşı Cek Uotlinq bildirib ki, kağız üzərində plan mövcud olsa da, onun reallaşdırılması üçün lazımi tədbirlər görülmür.

“Plan var və orada rəqəmlər də göstərilib. Amma hökumətlər onun həyata keçirilməsi üçün zəruri addımlar atmırlar. Biz hələ də real mövcud olmayan imkanlara əsaslanaraq planlaşdırma aparırıq”, - deyə Uotlinq qeyd edib.

Onun sözlərinə görə, hazırda NATO-nun müdafiə sistemi reallığa əsaslanmır və siyasətçilər mövcud resursları nəzərə alaraq müdafiə planlaması aparmaqda çətinlik çəkirlər.

CNN yazır ki, alyans hazırda Rusiya ilə mümkün toqquşmaya hazır deyil. Böyük Britaniyanın istefada olan generalı Riçard Barrons isə bildirib ki, britaniyalı siyasətçilər və cəmiyyət NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsini prioritet saymır. Onun sözlərinə görə, hazırkı templə Böyük Britaniyanın mümkün münaqişəyə hazırlaşması təxminən 10 il çəkə bilər.

Barrons vurğulayıb ki, mövcud qiymətləndirmələrə əsasən, alyansın qarşısında 3–5 illik zaman pəncərəsi var və bu, həm ictimai, həm də siyasi iradə məsələsidir.

Qeyd olunur ki, 2025-ci ilin yayında NATO ölkələri 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinədək artırmaq barədə razılığa gəliblər. Lakin bir çox analitiklər bu planın reallığına şübhə ilə yanaşır. Çünki Avropanın əksər ölkələri maliyyə çətinlikləri yaşayır və müdafiə xərclərinin ciddi şəkildə artırılmasına hazır görünmür.

Nəşr yazır ki, seçicilərə əlavə resursların müdafiəyə yönəldilməsi və daha çox insanın ehtiyat və ya daimi hərbi xidmətə cəlb olunmasının izah edilməsi siyasətçilər üçün asan məsələ deyil.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:20
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Dekabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri