ABŞ də orta əsrlərin “Qara Ölüm” xəstəliyi yenidən yayıldı
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin Kaliforniya ştatında təhlükəli hadisə qeydə alınıb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Meşədə istirahət edən bir şəxs birə dişləməsi nəticəsində veba xəstəliyinə yoluxub. Rəsmi qurumların məlumatına görə, xəstə hazırda ev şəraitində müalicə olunur və vəziyyəti həkimlər tərəfindən nəzarətdə saxlanılır.
Veba 14-cü əsrdə Avropada milyonlarla insanın həyatına son qoymuş, “Qara Ölüm” adı ilə tarixə düşmüş xəstəlikdir. Orta əsrlərdə bu infeksiya 75–200 milyon insanın ölümünə səbəb olmuşdu.
Mütəxəssislər xəbərdarlıq edir ki, Yersinia pestis bakteriyası Kaliforniyanın dağlıq və kənd ərazilərində təbii şəkildə yayılıb və əsasən yabanı gəmiricilər vasitəsilə daşıyıcı olur. ABŞ-da hər il orta hesabla 7 veba hadisəsi qeydə alınır.
Xəstəliyin əlamətləri yoluxmadan təxminən iki həftə sonra özünü göstərir: yüksək hərarət, halsızlıq, ürəkbulanma, şişmiş limfa düyünləri.
Mütəxəssislərin sözlərinə görə, vebaya yoluxma halları antibiotiklərlə müalicə edilə bilir.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 22 Avqust 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















