ABŞ də pilotsuz yük gəmisi layihəsi hazırlanıb
Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AzVision.az “Interesting Engineering” nəşrinə istinadən xəbər verir ki, bunun üçün gəmi karbon kompozitindən hazırlanmış iki ədəd qatlanan sərt qanadla təchiz ediləcək. Qanadlar ənənəvi parça yelkənlərlə müqayisədə iki dəfə daha səmərəli olacaq. Gəmi insanın minimal iştirakı ilə transatlantik keçidlər üçün nəzərdə tutulub.
Şirkət gəminin layihəsini gəmi memarlığı sahəsində tanınmış mütəxəssislər olan “Dykstra Naval Architects” və “Glosten” ilə birgə hazırlayır. Gəminin təməlqoyma və tikinti işləri üçün Niderlandın “KM Yachtbuilders” gəmiqayırma zavodu ilə müqavilə bağlanıb. Layihə dənizçilik üzrə müvafiq nəzarətedici təşkilatlar tərəfindən təsdiqlənib.
Gəmi Malta bayrağı altında istismara veriləcək. Onun suya buraxılması 2026-cı ilin sonuna planlaşdırılır, bundan sonra isə Atlantik okeanını da keçməklə genişmiqyaslı dəniz sınaqlarına başlanacaq.
Maraqlıdır ki, bu, nisbətən kiçik ölçülü yük gəmisi olacaq və görünür, xüsusi yüklərin daşınması üçün nəzərdə tutulub. Gəminin yük anbarı 75 avropaletin yerləşdirilməsi üçün hesablanıb.
Layihənin bəyan edilən əsas məqsədi külək enerjisindən istifadə hesabına dəniz daşımaları zamanı tullantıların əhəmiyyətli dərəcədə azaldılması, həmçinin avtonom gəmilərin səmərəliliyinin və etibarlılığının artırılmasıdır. Bu, ənənəvi konteyner gəmilərinin iqtisadi baxımdan daha az səmərəli olduğu kiçik həcmli yüklər üçün dayanıqlı logistika istiqamətində atılan mühüm addımdır.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Şirkət gəminin layihəsini gəmi memarlığı sahəsində tanınmış mütəxəssislər olan “Dykstra Naval Architects” və “Glosten” ilə birgə hazırlayır. Gəminin təməlqoyma və tikinti işləri üçün Niderlandın “KM Yachtbuilders” gəmiqayırma zavodu ilə müqavilə bağlanıb. Layihə dənizçilik üzrə müvafiq nəzarətedici təşkilatlar tərəfindən təsdiqlənib.
Gəmi Malta bayrağı altında istismara veriləcək. Onun suya buraxılması 2026-cı ilin sonuna planlaşdırılır, bundan sonra isə Atlantik okeanını da keçməklə genişmiqyaslı dəniz sınaqlarına başlanacaq.
Maraqlıdır ki, bu, nisbətən kiçik ölçülü yük gəmisi olacaq və görünür, xüsusi yüklərin daşınması üçün nəzərdə tutulub. Gəminin yük anbarı 75 avropaletin yerləşdirilməsi üçün hesablanıb.
Layihənin bəyan edilən əsas məqsədi külək enerjisindən istifadə hesabına dəniz daşımaları zamanı tullantıların əhəmiyyətli dərəcədə azaldılması, həmçinin avtonom gəmilərin səmərəliliyinin və etibarlılığının artırılmasıdır. Bu, ənənəvi konteyner gəmilərinin iqtisadi baxımdan daha az səmərəli olduğu kiçik həcmli yüklər üçün dayanıqlı logistika istiqamətində atılan mühüm addımdır.
AzVision.az
Bu mövzuda digər xəbərlər:ABŞ da pilotsuz yük gəmisi layihələndirilib
27 Dekabr 2025 06:12
ABŞ də limanda yük gəmisi partladı
19 Avqust 2025 09:00
ABŞ də qondarma erməni soyqırımının təbliği üçün qanun layihəsi hazırlanıb
02 Aprel 2025 17:18
Çinin kosmik gəmisi Yerə pilotsuz qayıdacaq
01 Dekabr 2025 21:09
“Milli Standartlaşdırma Proqramı layihəsi” hazırlanıb
27 Oktyabr 2025 15:19
Baxış sayı:78
Bu xəbər 27 Dekabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















