ABŞ də “Qiyamət günü” radiosu işə düşdü Sirli kod yayımlandı
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin qlobal hərbi rabitə sistemi olan HFGCS-dən növbəti dəfə müəmmalı siqnal daxil olub. “Qiyamət günü radiosu” kimi tanınan şəbəkədən yayılan kod dünya mediasının diqqət mərkəzinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, sözügedən radiotutma “soundcloud.com” saytında yayımlanıb.
8992 kHs tezliyində yayımlanan və 21 simvoldan ibarət olan sirli kod bu şəkildə səslənib:
“BRADFIELD 6CWCH7 6CWCH7F7TGFSUUJF2TGFS”.
Hərflərdən və rəqəmlərdən ibarət olan bu kombinasiyanın nə mənaya gəldiyi hələlik məlum deyil.
Qeyd edək ki, HFGCS (High Frequency Global Communications System) ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən yüksəktezlikli rabitə şəbəkəsidir. Bu sistem nüvə arsenalının idarə olunması protokolları da daxil olmaqla, kritik dərəcədə vacib olan əmrlərin ötürülməsi üçün nəzərdə tutulub. Şəbəkə 24 saat fasiləsiz işləyir və yerüstü stansiyaları İslandiya, Böyük Britaniya, Yaponiya və İtaliyada yerləşir.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın bənzər funksiyalı “UVB-76” radiostansiyasında da sirli şifrələr eşidilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 25 Aprel 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















