ABŞ də siyasi sponsorluq: Kriptovalyuta şirkətləri 189 milyon dollar ianə ediblər
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
ABŞ-də fəaliyyət göstərən kriptovalyuta şirkətləri 2026-cı ilin payızında keçiriləcək aralıq seçkinin ən böyük korporativ sponsorları olub.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Federal Seçki Komissiyasının (FEC) sənədlərini təhlil edən "Public Citizen" qeyri-kommersiya təşkilatı hesabat yayıb.
Hesabata əsasən, "Ripple", "Crypto.com", "Coinbase" və digər kriptovalyuta layihələri müxtəlif namizədləri dəstəkləyən siyasi komitələrə (Super PAC) ümumilikdə 189 milyon dollar ianə ediblər. Cari ildə ABŞ-dəki korporativ siyasi vəsaitlərin 37%-i məhz kriptovalyuta sektorunun payına düşür.
Ən çox vəsait ABŞ Prezidenti Donald Trampı dəstəkləyən "MAGA" təşkilatına (56.2 milyon dollar) və 2023-cü ildə "Coinbase", "Ripple" və "Andreessen Horowitz"in dəstəyi ilə yaradılmış "Fairshake" komitəsinə (82.6 milyon dollar) yönəldilib.
Bu il "Super PAC"ların ən böyük sponsorları aşağıdakı şirkətlər olub:
- "Andreessen Horowitz" - 51.65 milyon dollar;
- "Ripple" - 49.6 milyon dollar;
- "Crypto.com" - 38.6 milyon dollar;
- "Coinbase" - 35.2 milyon dollar.
Bundan əlavə, "Gemini" birjası və onun təsisçiləri Tayler və Kemeron Uinklvoss qardaşları ümumilikdə 27.5 milyon dollar ianə ediblər. Hesabatda xüsusi qeyd olunur ki, kriptovalyuta şirkətləri siyasi maliyyələşdirməyə süni intellekt, digər texnologiya və onlayn mərc sektorlarında fəaliyyət göstərən şirkətlərdən daha çox vəsait ayırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 01 İyul 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















