ABŞ də süni intellekt qalmaqalı: Anthropic şirkəti Pentaqonun tələbini rədd etdi
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Anthropic" şirkəti ABŞ Hərb Nazirliyinin (Pentaqon) süni intellekt modellərinə tam çıxış əldə etmək istəyini geri çevirib.
Oxu.Az-ın xəbərinə görə , bu barədə şirkətin baş direktoru Dario Amodei məlumat verib.
Qurum bəyan edib ki, hazırladığı texnologiyaların ABŞ vətəndaşlarının izlənilməsi məqsədilə və ya insan nəzarəti olmayan silahlarda tətbiq edilməsinə yol verməyəcək.
Şirkətin baş direktoru Dario Amodei qeyd edib ki, Pentaqon tərəfindən edilən təzyiqlər "Anthropic"in mövqelərinə təsir etməyib və şirkət insan həyatı üçün təhlükə yarada biləcək hər hansı məhsulu təqdim etmək niyyətində deyil.
KİV-də yayılan məlumatlara əsasən, Pentaqon rəhbərliyi şirkətə məhdudiyyətsiz giriş imkanı yaratmaq üçün vaxt təyin edib. Tələb yerinə yetirilməzsə, əməkdaşlığa son qoyula və ya 1950-ci ildə qəbul edilmiş "Müdafiə İstehsalı Aktı" (Defense Production Act) işə salına bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 27 Fevral 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















