Icma.az
close
up
RU
ABŞ də tariflərdən gəlirlər 87 milyard dollara çatdı

ABŞ də tariflərdən gəlirlər 87 milyard dollara çatdı

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


2025-ci ilin yanvar-iyun aylarında ABŞ büdcəsinə gömrük rüsumlarından daxilolmalar 87,2 milyard dollara çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei Asia” portalı ABŞ hökumətinin məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp aprel ayında yeni rüsumlar tətbiq etdikdən sonra idxal tariflərindən əldə edilən gəlirlər kəskin artıb.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi məlumatlarına əsasən, iyunun sonuna qədər 10%-lik sabit tariflər dövlətə 17,7 milyard dollardan, 25%-lik avtomobil itarifləri isə 10,7 milyard dollardan çox gəlir gətirib.
ABŞ Maliyyə Nazirliyinin daha əvvəl bildirdiyi kimi, tariflərdən təkcə iyun ayında büdcəyə 26,6 milyard dollar gəlir daxil olub.
“Bloomberg” agentliyinin məlumatına görə, bu məbləğ 6,3 milyard dollar olan keçən illə müqayisədə təxminən dörd dəfə artıb.
“Nikkei Asia”nın məqaləsində iddia edilir ki, Vaşinqtonun tarif tədbirlərindən əldə etdiyi gəlirlər elə bir miqyasdadır ki, Ağ Ev hətta yeni administrasiya dövründə belə gələcəkdə tarif dərəcələrini ləğv etmək və ya azaltmaqda çətinlik çəkə bilər.
Qeyd edək ki, bundan əvvəl “Financial Times” qəzeti ABŞ Maliyyə Nazirliyinin məlumatlarına əsasən Trampın xarici mallara tətbiq etdiyi əlavə rüsumların ölkəyə 47 milyard dollar əlavə gəlir gətirdiyini yazmışdı. Qəzetin yazdığına görə, 2025-ci ilin ikinci rübündə gömrük rüsumları rekord 64 milyard dollar təşkil edib ki, bu da bir ilin eyni dövrü ilə müqayisədə 47 milyard dollar çoxdur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 İyul 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri