ABŞ də Trampın təsviri olan dollar sikkələr buraxılıb
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ-də Ağ Ev lideri Donald Trampın təsviri olan 1 dollar nominallı sikkələr dövriyyəyə buraxılıb.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə ABŞ Zərbxanası öz saytında məlumat yayıb.
Sikkələri qurumun rəsmi saytında da satın almaq mümkündür. Yüz sikkənin qiyməti 154 dollar təşkil edir.
Ön tərəfində Trampın təsviri, həmçinin "LIBERTY, IN GOD WE TRUST" və "1776-2026" yazıları yerləşdirilib.
Arxa tərəfində ABŞ-nin Prezident möhürü - zeytun budağı və oxları olan qartal təsvir edilib. Qalxanın üzərində ABŞ-nin müstəqilliyinin 250 illiyi şərəfinə "250" rəqəmi yerləşdirilib. Sikkədə həmçinin "UNITED STATES OF AMERICA, "ONE DOLLAR" və "E PLURIBUS UNUM" yazıları qeyd olunub.
Xatırladaq ki, Trampın təsviri olan sikkələrin buraxılacağı barədə ilk xəbəri iyulun 15-də ABŞ-nin maliyyə naziri Skott Bessent yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 02 Sentyabr 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















