ABŞ də universitetdə atışma zamanı 5 nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
ABŞ-nin Florida ştatının Tallahassi şəhərindəki universitetdə baş verən atışma nəticəsində 5 nəfər ölüb, daha 4 insan yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə yerli WFTV telekanalı məlumat yayıb.
Məlumata görə, atəş açan iki şəxs olub, onlardan biri öldürülüb, ikincisi saxlanılıb. CNN və “Fox News” altı zərərçəkənin olduğunu bildirib.
Hadisənin səbəbi və yaralıların vəziyyəti barədə məlumat yoxdur.//Report
***
ABŞ-nin Florida ştatının Tallahassi şəhərində yerləşən universitetinin kampusunda atışma baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə CBS telekanalının yerli bölməsi məlumat yayıb.
Hadisə nəticəsində 4 nəfər yaralandığı bildirilir.
İlkin məlumata görə, silahlı şəxs təhsil müəssisəsinin ərazisindən çıxarkən görüntülənib. Şübhəlinin həbsi ilə bağlı hələlik məlumat yoxdur.
Atışma baş verən əraziyə yaxın olan bütün məktəblər təhlükəsizlik məqsədilə bağlanıb. Universitet ərazisində polis növbətçilik çəkir.


