ABŞ dən hücum mesajı İran müsahibəyə hazır olduğunu ELAN ETDİ
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff şənbə günü ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper ilə birlikdə Ərəb dənizində, İrana yaxın ərazidə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin flaqman aviadaşıyıcısı Avraam Linkolna baş çəkiblər.
Modern.az xəbər verir ki, bu barədə Axios nəşri məlumatlı iki mənbəyə istinadla xəbər yayıb.
Məlumata görə, cümə günü ABŞ hərbçiləri “Avraam Linkoln” aviadaşıyıcı zərbə qrupunun Ərəb dənizində iki hərbi təchizat gəmisi və ABŞ Sahil Mühafizəsinə məxsus iki katerin müşayiəti ilə hərəkət etdiyini əks etdirən fotolar yayıblar. Kadrlar üzərindən 9-cu aviasiya qanadına aid hərbi təyyarələrin uçuşu da göstərilib. Paylaşımda “Güc yolu ilə sülh!” şüarı yer alıb.
Bu hadisələrin fonunda İran ordusunun Baş Qərargah rəisi Əbdülrəhim Musəvi İslam Respublikasına qarşı istənilən hərbi addımın müharibənin miqyasının genişlənməsinə səbəb olacağını bəyan edib. O, bu açıqlamanı rəsmi bayram tədbirində çıxışı zamanı verib. Musəvi bildirib ki, İrana qarşı hər hansı hərbi əməliyyat düşmənlər üçün ağır nəticələr doğuracaq və belə bir təcavüz onların strateji məğlubiyyəti ilə nəticələnəcək. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri ən yüksək döyüş hazırlığı vəziyyətindədir və istənilən hücuma cavab verməyə tam hazırdır. Bu bəyanatlar ABŞ tərəfindən mümkün hücumla bağlı təhlükəsizlik gərginliyinin artdığı bir dövrdə səsləndirilib.
Eyni zamanda İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi Omanda aparılan danışıqlardan sonra Tehranda Rusiya və Çin səfirləri ilə görüşdüyünü açıqlayıb. O, sosial şəbək paylaşımında görüş zamanı qarşılıqlı maraq doğuran əsas məsələlərin müzakirə edildiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:226
Bu xəbər 07 Fevral 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















