ABŞ dən İrana yeni sanksiya addımı: Neft güzəştləri ləğv olunur
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda deyilir.
Məlumata görə, yeni əqdlər iyulun 7-dən qadağan edilib, köhnə əqdləri isə iyulun 17-dək başa çatdırmaq mümkündür.
Daha əvvəl Vaşinqton "İsveçrədə davam edən məhsuldar danışıqlara uyğun olaraq" 2026-cı il avqustun 21-dək İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının istehsalı, tədarükü və satışı üçün lisenziya vermişdi.
Daha əvvəl UKMTO Hörmüz boğazı yaxınlığında üç tankerə edilən hücumlar barədə məlumat vermişdi. Daha sonra Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) İranın Səudiyyənin "Wadiyan" tankerinə və Qətərin "Al Rekayyat" gəmisinə hücum etdiyini bildirərək Tehranın hərəkətlərini qətiyyətlə pisləyib. Qurumdan vurğulanıb ki, bu cür hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və qlobal enerji daşıyıcıları təchizatı zəncirləri üçün təhlükə yaradır. Qətər XİN insidentlə əlaqədar İranın Dohadakı səfirinin müavinini çağıraraq ona etiraz notası təqdim edib.
İranın IRIB teleradio şirkətinin iddiasına görə, gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə boğazdan keçməyə cəhd edib və "dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün" hədəfə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 07 İyul 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















