ABŞ dən Ukrayna açıqlaması: “Çətinlik də elə bundadır…”
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Marko Rubio Manilada ASEAN 59-cu Xarici İşlər Nazirləri Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Vaşinqton Rusiya və Ukrayna arasında sülh müqaviləsinin imzalanmasını istəyir:
“Döyüşlərə son qoymaq istəyirik. Müharibənin bitməsi üçün mümkün olan hər hansı bir müsbət rolu oynamağa hazırıq. Müharibənin dayanması üçün Rusiya və Ukrayna razılaşma şərtlərini qəbul etməlidirlər”, - M.Rubio vurğulayıb.
Amerikalı diplomatin fikrincə, Ukraynadakı müharibəyə son qoymaq məsələsində razılığa gəlmək üçün yeni ideyalar müzakirəyə çıxarılmalıdır:
“Əgər sülh gələcəksə, bu, yeni ideyalar və konsepsiyalar vasitəsilə əldə ediləcək. Fürsət yaranarsa və şərtlər uyğun olarsa, biz onlardan bəzilərini düzgün şəraitdə və formada təklif etməyə hazırıq”.
Ukraynanın müharibədə böyük bədəl ödədiyini qeyd edən ABŞ dövlət katibi deyib ki, bu da hər iki tərəfə müharibəyə son qoymaq üçün bir stimul olmalıdır.
“Çətinlik isə hər iki tərəfi qane edən bir sonluğun tapılmamasındadır. Biz buna gətirib çıxaracaq orta bir yol tapmağa çalışmışıq və çalışmağa davam edəcəyik”, - o fikirlərini yekunlaşdırıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 23 İyul 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















