ABŞ dən vizalarla bağlı YENİ QAYDA: 20 min dollar depozit tələb olunacaq
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin avqustun 1-də yenilənmiş bildirişində məlumat verilib.
Məlumata görə, yeni qayda B-1 (biznes) və B-2 (turist) vizalarına müraciət edən şəxslərə şamil olunacaq. Konsulluq əməkdaşları müraciətçinin vizanın müddəti başa çatdıqdan sonra ABŞ-ni vaxtında tərk edəcəyinə və ölkədə qalma qaydalarına əməl edəcəyinə təminat kimi 20 min ABŞ dollarınadək depozit tələb edə biləcəklər.
Bildirilib ki, bundan əvvəl ABŞ-də 12 aylıq pilot proqram həyata keçirilirdi. Həmin proqram çərçivəsində konsulluqlar müraciətçilər üçün 5 min, 10 min və ya 15 min ABŞ dolları məbləğində depozit müəyyən edə bilirdilər. Viza sahibi bütün şərtlərə əməl etdiyi halda, ABŞ-ni tərk etdikdən sonra depozit məbləği geri qaytarılırdı.
ABŞ Dövlət Departamenti vurğulayıb ki, depozitin tələb olunub-olunmaması barədə qərar hər bir müraciət üzrə konsulluq əməkdaşları tərəfindən fərdi qaydada veriləcək.
Məlumata əsasən, depozit tələb oluna biləcək ölkələrin siyahısına 50 dövlət daxildir. Onların əksəriyyəti Afrika ölkələridir. Siyahıda Qırğızıstan, Tacikistan və digər ölkələr də yer alıb.
Xatırladaq ki, daha əvvəl "Politico" portalı ABŞ Prezidenti Donald Tramp administrasiyasının uzun illərdir ölkədə yaşayan qeyri-qanuni miqrantların məcburi saxlanılması siyasətinin qanuni hesab edilməsi tələbi ilə ABŞ Ali Məhkəməsinə müraciət etdiyini yazmışdı. Aşağı instansiya federal məhkəmələri isə bu təşəbbüslə bağlı 9 300-dən çox qərar qəbul edərək onu konstitusiya hüquqlarının və qanunun kobud şəkildə pozulması kimi qiymətləndirmişdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 01 Avqust 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















