ABŞ Dodiklə əlaqələrə görə dörd şirkətə qarşı sanksiya tətbiq edib
Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Ştatlar Srpska Respublikasının (Bosniya və Herseqovina qurumu) prezidenti Milorad Dodiklə əlaqədə olduqları iddia edilən dörd şəxs və dörd təşkilata qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənəddən göründüyü kimi, Bosniya və Herseqovinadan üç şəxs və dörd şirkət “Dodik ailəsinin üzvlərinin ABŞ sanksiyalarından yan keçməyə davam edən cəhdlərini asanlaşdırdıqları” üçün sanksiya siyahısına daxil edilib. Bundan əlavə, Serb Respublikası Prezidentinin “korrupsiya və sabitliyi pozan siyasətini” təbliğ etdiyi iddia edilən yerli siyasətçiyə qarşı məhdudiyyətlər tətbiq edilib.
Bəyanatda vurğulanır ki, ABŞ hakimiyyəti Dodik və onun ailəsinə qarşı əlavə tədbirlər görmək niyyətindədir.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 19 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















