ABŞ dollarına Trampın imzası əlavə olunacaq
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Maliyyə Nazirliyi ölkənin 250-ci ildönümü münasibətilə keçiriləcək tədbirlər çərçivəsində tarixdə bir ilkə imza ataraq, Donald Trampın imzasının yeni çap olunacaq kağız pullarda yer alacağını açıqlayıb. Bununla da ABŞ tarixində ilk dəfə olaraq vəzifədə olan bir prezidentin imzası kağız pullarda olacaq.
SİA xarici KİV-ə istinadən xəbər verir ki,
ABŞ Maliyyə Nazirliyi ölkənin 250-ci ildönümü münasibətilə Prezident Donald Trampın imzasının yeni çap ediləcək kağız pullarda yer alacağını bildirib.
Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, tarixdə ilk dəfə olaraq vəzifədə olan bir prezidentin imzası banknotlarda olacaq.
Açıqlamada həmçinin bildirilib ki, ABŞ-ın 250-ci ildönümü çərçivəsində Prezident Trampın imzası Maliyyə Nazirinin imzası ilə birlikdə kağız pullarda yer alacaq.
ABŞ Maliyyə Naziri Skott Bessent mövzu ilə bağlı bildirib:
“Prezident Trampın liderliyi altında görünməmiş iqtisadi artım, dolların davamlı üstünlüyü və maliyyə gücü ilə sabitlik yolunda irəliləyirik.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 27 Mart 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















