ABŞ Dövlət Departamenti Blinkenin Belarusla bağlı bəyanatını öz saytından sildi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin yeni Prezident Administrasiyası Dövlət Departamentinin saytından ölkənin keçmiş dövlət katibi Antoni Blinkenin Belarusda keçirilən prezident seçkisinin tanınmaması ilə bağlı qiyabi bəyanatını silib.
Bu barədə Oxu.Az "Radiomir.by" nəşrinə istinadən xəbər verir.
"Narahatçılığa görə üzr istəyirik...", - deyə ABŞ Dövlət Departamentinin daha əvvəl Blinkenin bəyanatının dərc edildiyi səhifəsində yazılıb.
Qeyd edək ki, daha əvvəl Co Baydenin administrasiyası dövründə ABŞ dövlət katibi vəzifəsində çalışmış Antoni Blinken Belarusda keçiriləcək prezident seçkisinə müdaxilə kimi qiymətləndirilə bilən bəyanatla çıxış edib. Bəyanatda Belarusdakı seçkilərin nəticələrinin tanınmayacağı bildirilib.
Baxış sayı:98
Bu xəbər 24 Yanvar 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















