ABŞ Dövlət Departamenti Marin Le Penə qarşı məhkəmə qərarını şərh edib
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qərb ölkələri uyğun olmayan şəxsləri siyasi proseslərdən kənarda qoymamalıdırlar.
"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs Fransanın "Milli Birlik" Partiyası parlament fraksiyasının rəhbəri Marin Le Penə qarşı məhkəmə qərarını şərh edərkən deyib.
“İnsanların siyasi proseslərdən kənarda qalması xüsusilə narahatedicidir”, - Brüs vurğulayıb.
Qeyd edək ki, martın 31-də Le Pen 4 il müddətinə azadlıqdan məhrum edilib və 5 il dövlət vəzifəsində çalışa bilməyəcək. Siyasətçi cəzasını həbsxanada çəkməyərək evində elektron qolbaqla keçirəcək.
Le Pen və digər səkkiz deputat Avropa Parlamentində köməkçiləri işə götürmək üçün nəzərdə tutulan vəsaitləri mənimsəməkdə təqsirli biliniblər.
Siyasətçinin cəzası onun 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcəyi anlamına gəlir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 01 Aprel 2025 04:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















