ABŞ Dövlət Departamenti xaricdəki ABŞ vətəndaşlarına Çağırış
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
ABŞ Dövlət Departamenti Yaxın Şərqdə artan gərginliyi əsas gətirərək, İranla bağlı təhlükələr də daxil olmaqla, potensial təhlükəsizlik təhdidləri səbəbindən ehtiyatlı olmağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.
“Yaxın Şərqdə artan gərginlik səbəbindən təhlükəsizlik mühiti çətin olaraq qalır və gözlənilməz eskalasiya potensialı varş Biz regiondakı amerikalılara ehtiyatlı olmağın vacibliyini xatırladırıq və onları son hadisələr üçün xəbərləri təqib etməyə çağırırıq. Dövlət Departamenti, xüsusən də Yaxın Şərqdəki amerikalılara dünya miqyasında daha diqqətli olmağı tövsiyə edir”, - deyə bəyanatda qeyd edilib.
Dövlət Departamenti dünya miqyasında, xüsusilə Yaxın Şərqdə olan amerikalılara daha çox ehtiyatlı olmağı tövsiyə edib və xaricdəki ABŞ vətəndaşlarını ən yaxın ABŞ səfirliyi və ya konsulluğu tərəfindən verilən təhlükəsizlik xəbərdarlıqlarına əməl etməyə çağırıb.
Dövlət Departamenti aydınlıq gətirib ki, təkcə Yaxın Şərqdə deyil, xaricində də ABŞ-nin diplomatik obyektləri hədəfə alınıb.
ABŞ Dövlət Departament, həmçinin uçuşların ləğvi və vaxtaşırı hava məkanının bağlanmasının səyahətə mane ola biləcəyi barədə xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib
20 Sentyabr 2026 07:27
ABŞ Dövlət Departamenti məhkəməyə verilib
18 Dekabr 2024 16:16
ABŞ Dövlət Departamenti Gürcüstanla strateji
01 Dekabr 2024 00:00
ABŞ Dövlət Departamenti ixtisarlara başlayıb
11 İyul 2025 16:05
ABŞ Dövlət Departamenti vətəndaşlarına İrandan dərhal çıxmağı tövsiyə edib
06 Fevral 2026 08:55
Baxış sayı:116
Bu xəbər 19 İyul 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















