Icma.az
close
up
RU
ABŞ dövlət katibi: İranla sülh razılaşması ilə bağlı nəticə bu gün elan edilə bilər

ABŞ dövlət katibi: İranla sülh razılaşması ilə bağlı nəticə bu gün elan edilə bilər

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 25 may, AZƏRTAC

ABŞ dövlət katibi Marko Rubio bazar ertəsi günü bildirib ki, Tehran ilə Vaşinqton arasında müharibəyə son qoymaq üçün aparılan danışıqlarda “bu gün müsbət nəticə əldə oluna bilər”.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, dövlət katibi əlavə edib: “İşlər hələ davam edir. Dünən gecə, bəlkə də bu gün bəzi xəbərlərimiz ola biləcəyini düşünürük”. O, Hindistanın paytaxtı Yeni Dehlidə jurnalistlərə bildirib ki, Hörmüz boğazını açmaq, Körfəzdə blokadanı aradan qaldırmaq, nüvə məsələləri üzrə çox real, əhəmiyyətli, vaxt məhdudiyyətli danışıqlara girmək imkanları baxımından masada olduqca vacib məsələlər var. “Ümid edirəm ki, bunu bacara bilərik”, deyə Rubio əlavə edib.

Hindistana dörd günlük səfərdə olan Rubio bildirib ki, ABŞ Prezidenti Donald Tramp “pis bir razılaşma əldə etməyəcək” və Vaşinqton uğur qazanmaq üçün diplomatiyaya hər şansı verəcək. “Prezidentin (Trampın) dediyi kimi, o, tələsmir və pis bir saziş bağlamayacaq. Ona görə də nəticələri gözləyirik, alternativ variantları araşdırmazdan əvvəl diplomatiyaya uğur qazanmaq üçün hər şansı verəcəyik”, - deyə o bildirib.

Rubio qeyd edib ki, “İranın nüvə təhlükəsi” barədə Trampdan daha ciddi heç kim danışmayıb. “Buna görə də çox əminəm ki, hamımız ya yaxşı bir razılaşma əldə edəcəyimizə, ya da məsələni başqa yolla həll etməli olacağımıza əmin olmalıyıq. Yaxşı bir razılaşma əldə etməyi üstün tutardıq”, - deyə o bildirib.

Livanın ABŞ-İran razılaşmasının bir hissəsi olub-olmayacağı sualına cavab verən baş diplomat bildirib ki, bunun üzərində ayrıca iş aparılır: “Biz hazırda Livanla əməkdaşlıq edirik və 45 günlük atəşkəs rejimimiz var; həftəlik görüşlərimiz və Livan hökuməti ilə İsrail arasında gündəlik danışıqlarımız olub. Problem Livan və İsraildə deyil. Problem “Hizbullah”dadır”, - deyə o vurğulayıb. O daha sonra əlavə edib: “Silahlı “Hizbullah” mövcud olduğu müddətcə Livanda sülhə nail olmaq çətin olacaq, çünki onlar Livan xalqını qurban verirlər”, - deyə Rubio bildirib.

ABŞ-nin baş diplomatı bildirib ki, əgər Hizbullah raket atacaqsa, İsrailin buna cavab vermək və ya bunun baş verməsinin qarşısını almaq hüququ var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri