ABŞ dövlət katibi: Kiyevə veriləcək zəmanətlər Britaniya və Fransa qoşunlarının göndərilməsini nəzərdə tutur
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio bildirib ki, hazırda müzakirə olunan təhlükəsizlik zəmanətləri Ukraynaya Böyük Britaniya və Fransanın hərbi kontingentlərinin göndərilməsini, bu qüvvələrə isə ABŞ Silahlı Qüvvələri tərəfindən dəstək göstərilməsini nəzərdə tutur.
APA xəbər verir ki, Rubio bu barədə ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı danışıb.
Onun sözlərinə görə, NATO-nun hərbi imkanları və alyansın ayrı-ayrı üzvlərinin prosesdə iştirakı ciddi şəkildə yenidən dəyərləndirilməlidir.
“Hazırda Ukrayna ilə bağlı təhlükəsizlik zəmanətləri mövzusunda müəyyən ümumi razılıq var. Lakin bu zəmanətlər əsasən Avropanın, ilk növbədə Fransa və Böyük Britaniyanın kiçik hərbi kontingentinin yerləşdirilməsini və ardınca ABŞ-ın dəstəyini nəzərdə tutur”, – deyə Marko Rubio bildirib.
O vurğulayıb ki, real təhlükəsizlik zəmanətinin əsas elementi məhz ABŞ-ın dəstəyidir. Rubionun sözlərinə görə, bəzi Avropa ölkələrinin müharibədən sonrakı dövrdə Ukraynaya qoşun göndərməyə hazır olması önəmlidir, lakin ABŞ dəstəyi olmadan bunun ciddi təsiri olmayacaq.
Dövlət katibi əlavə edib ki, bir çox ölkələr son 20–30 il ərzində öz silahlı qüvvələrinə kifayət qədər investisiya yatırmayıb. Onun sözlərinə görə, bu yanaşma indi dəyişməyə başlayıb və bəzi ölkələrdə artıq konkret addımlar atılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 28 Yanvar 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















