ABŞ Dövlət Katibi Marko Rubio gələn həftə Qrenlandiya məsələsini müzakirə edəcək
Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Dövlət Katibi Marko Rubio gələn həftə Qrenlandiya məsələsini müzakirə etmək üçün görüş keçirməyi planlaşdırdığını açıqladı. Dövlət Katibi bu açıqlamanı ABŞ Senatında qanunvericilər üçün qapalı brifinqdən sonra jurnalistlərin suallarını cavablandırarkən verdi.
"Mən burada Danimarka və ya hərbi müdaxilə haqqında danışmaq üçün deyiləm", - deyə o, ABŞ-ın Qrenlandiyanı ələ keçirmək üçün hərbi gücdən istifadə etməyi düşünüb-düşünmədiyi soruşulduqda bildirib.
"Gələn həftə onlarla görüşəcəyəm. Sonra bu barədə danışacağıq, amma əlavə edəcəyim başqa bir şey yoxdur", - deyə ABŞ Dövlət Katibi dəqiq kiminlə görüşdüyünü demədən əlavə etdi.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmasının vacibliyini bildirib. İlk səlahiyyət müddətində o, Qrenlandiyanı satın almağı təklif etmiş və 2025-ci ilin mart ayında onun ilhaq edilə biləcəyinə əminliyini bildirmiş və imtina edəcəyi təqdirdə Kopenhageni ticarət tarifləri ilə hədələmişdir. Danimarkanın Baş naziri Mette Frederiksen bu iddiaları rədd edərək, adanın krallığın bir hissəsi olduğunu vurğulayır.
Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen, NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, Qrenlandiya Müdafiə Müqaviləsini imzalamışlar. Bu Müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürmüşdür.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 08 Yanvar 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















