ABŞ dövlət katibi və İraqın baş naziri ticarət əlaqələrini müzakirə ediblər
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
ABŞ dövlət katibi Marko Rubio və İraqın baş naziri Məhəmməd Şia əl-Sudani telefon danışığında ticarət əlaqələri, o cümlədən Türkiyə-İraq boru kəməri ilə neft ixracının bərpası məsələsini müzakirə ediblər.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, dövlət katibi və baş nazir İraqda ABŞ-nin ticarət sövdələşmələrinin rəsmiləşdirilməsini başa çatdırmaq üçün səyləri müzakirə ediblər.
Rubio həmçinin İraq-Türkiyə boru kəməri ilə neft ixracının bərpası münasibətilə İraqın baş nazirini təbrik edib.
Dövlət katibi əlavə edib ki, bu, İraq, Türkiyə və Amerika bizneslərinə fayda verəcək. Rubio ABŞ-nin İraqın suverenliyini qorumaq, regional sabitliyi gücləndirmək və iqtisadi əlaqələri gücləndirmək üçün iraqlı tərəfdaşları ilə işləmək öhdəliyini qeyd edib.
Gülşən Şərif


