Icma.az
close
up
RU
ABŞ dövlət katibinin Hakan Fidandan xahişi: Ankara ABŞ ın yanında olacaq?

ABŞ dövlət katibinin Hakan Fidandan xahişi: Ankara ABŞ ın yanında olacaq?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Ağ Ev Türkiyənin Yaxın Şərqdəki narahatlıqlarını nəzərə alarsa, Ankara ABŞ-ın yanında olacaq”.

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Əlimusa İbrahimov Türkiyə XİN rəhbəri Hakan Fidanın ABŞ səfəri fonunda bu ölkənin dövlət katibi Marko Rubionun Vaşinqtonun Ankaradan Ukrayna, Qafqaz və Suriyada sülhə dəstək verməyi xahiş etməsini şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, ABŞ Yaxın Şərq, Cənubi Qafqaz və Ukrayna məsələsində dəstək üçün Türkiyəyə müraciət etmək məcburiyyətindədir: 

"Hazırda Yaxın Şərq, Cənubi Qafqaz və Ukrayna cəbhəsində ciddi hadisələr baş verməkdədir. Bu hadisələrdə Türkiyənin yeri və rolu daha qabarıq şəkildə özünü göstərir. ABŞ-la Aİ mövqeləri Rusiya-Ukrayna müharibəsində üst-üstə düşmür. Vaşinqtonun isə Yaxın Şərq, Cənubi Qafqaz və Ukrayna məsələlərində kənardan ciddi dəstəyə ehtiyacı var. Aİ isə bu dəstəyi vermir. Deməli, Ağ Ev dəstək üçün Türkiyəyə müraciət etmək məcburiyyətində və yaxud meylindədir”. 

Həmsöhbətimiz deyir ki, Türkiyə sadalanan bu 3 region və digər məkanlarda ABŞ-ın yaxın tərəfdaşı ola bilər, amma bunun üçün onlar öz siyasətlərini bir-birinə uyğunlaşdırmalıdır:

"Ona görə də Vaşinqton bir sıra məsələlər üzrə Türkiyənin narahatlığını diqqətə almalıdır. Heç şübhəsiz, Ağ Ev Türkiyənin Yaxın Şərqdəki narahatlıqlarını nəzərə alarsa, Ankara ABŞ-ın yanında olacaq. Belədə Ankara da Suriyada atacağı addımları ABŞ-la razılaşdırılmış formada həyata keçirəcək. ABŞ buradakı kürd hərbi birləşmələrini dəstəkləmək və silahlandırmaqdan əl çəkərsə, bu, Türkiyənin Vaşinqtona yaxınlaşmasında bir stimul olacaq”. 

Ə. İbrahimov düşünür ki, ABŞ həqiqətən də Türkiyənin narahatlıqlarını nəzərə alır:

"Kürd silahlıları ilə rəsmi Dəməşq arasında razılığın əldə edilməsi də Amerikanın bölgə üzrə siyasətində müəyəyn dəyişikliklərin baş verdiyinə işarədir. Düşünürəm ki, ABŞ bundan sonra qeyd olunan qüvvələri silahlandırmaqdan əl çəkəcək”. 

 

Politoloqun fikrincə, Türkiyə müəyyən mənada Ukrayna məsələsində ABŞ üçün Aİ-ni əvəz edə bilər: 

"ABŞ Cənubi Qafqazda da Türkiyə ilə eyni hədəfi vurmağa çalışır. Ona görə Vaşinqton sözügedən regionda da Türkiyənin üstün rolunu tanıyır. 

Aİ Ukrayna-Rusiya cəbhəsində Amerikanın atdığı addımları bloklamağa çalışır. Bu səbəbdən Aİ-nin dəstəyi olmadan ABŞ-ın burada atəşkəsə nail olması mümkünsüzdür.  Ona görə bu məsələdə də Ağ Evin Türkiyənin yardımına ciddi ehtiyacı var. Türkiyə belədə müəyyən mənada ABŞ üçün Aİ-ni əvəz edə bilər. Bu səbəbdən də Vaşinqton Ankaraya yaxınlaşmağa cəhd edir”.  

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə Vaşinqtonun Ankaradan Ukrayna və Qafqazda sülhə dəstək verməyi xahiş etdiyini bildirib. 

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.

Onun sözlərinə görə, diplomatlar əsas təhlükəsizlik və ticarət məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər: 

"Dövlət katibi Türkiyədən Ukraynada və Cənubi Qafqazda sülhü dəstəkləməyi xahiş edib", - sənəddə deyilir.

Rubio həmçinin beynəlxalq terrorizmə baza və ya İranın sabitliyi pozan hərəkətləri üçün platforma olmayacaq sabit, vahid və sülhsevər Suriyanı dəstəkləmək üçün Ankara ilə sıx əməkdaşlığın zəruriliyini də vurğulayıb.

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Mart 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri