ABŞ dronu İran sahilləri yaxınlığında kəşfiyyat uçuşu aparıb
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin "MQ-4C Triton" uzaqmənzilli radioelektron kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) İran sahillərindən cənub-şərqdə çoxsaatlıq uçuş həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Flightradar24" aviasiya resursunun məlumatında deyilir.
Bildirilir ki, PUA Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əl-Dafra aviabazasından havaya qalxıb. O, bir neçə saat ərzində İran yaxınlığındakı Oman körfəzinin beynəlxalq suları üzərində dövrə vurub.
Uçuş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında keçirdiyi və ehtimal olunan hərbi əməliyyat ssenarilərinin məşq edildiyi təlimlər fonunda baş tutub.
Bu mövzuda digər xəbərlər:ABŞ kəşfiyyat təyyarəsinin Türkiyə sahilləri yaxınlığında sirli uçuşu
07 Sentyabr 2025 22:55
ABŞ mərmisi Oman sahilləri yaxınlığında İran yük gəmisini vurub İran
11 İyun 2026 14:53
ABŞ qırıcıları Venesuela sahilləri yaxınlığında
18 Dekabr 2025 01:29
ABŞ İran yaxınlığında kəşfiyyat missiyaları həyata keçirib
13 Fevral 2026 12:00
İran sərhədi yaxınlığında ABŞ nin pilotsuz kəşfiyyat təyyarəsi aşkar edildi
14 Yanvar 2026 11:50
Baxış sayı:213
Bu xəbər 17 Fevral 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















