Icma.az
close
up
RU
ABŞ Ədliyyə Departamentinin Google qərarı: Chrome dan dərhal və tamamilə imtina edin

ABŞ Ədliyyə Departamentinin Google qərarı: Chrome dan dərhal və tamamilə imtina edin

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Ədliyyə Nazirliyi texnologiya nəhəngi "Google"a qarşı açılan antiinhisar iddiasının həlli çərçivəsində dramatik addım ataraq, "Google"dan "Chrome" brauzerindən "dərhal və tamamilə" imtina etməsini tələb edib.

Ədliyyə Departamentinin yeni məhkəmə təklifinə əsasən, "Google" "Chrome"u yalnız iddiaçılar tərəfindən təsdiqlənmiş alıcıya satmalıdır. Satışın şərtləri məhkəmə və iddiaçılar tərəfindən müəyyən ediləcək.

"Google"un bazarda hökmranlıqdan sui-istifadə etməsi və rəqabətə mane olması iddiası ilə bağlı tədbir görən nazirlik, həmçinin "Google"a axtarış sisteminə güzəştli münasibət üçün biznes tərəfdaşlarına ödəniş etməyi qadağan etməyi təklif edir. Bu halda, texnoloji nəhəng yeni tərəfdaşlıq müəssisəsi yaratmadan və onunla rəqabət aparan hər hansı bir şirkətlə əməkdaşlıq etməzdən əvvəl hökumətə əvvəlcədən xəbərdarlıq etməlidir.

Nazirlik "Google"dan süni intellektə investisiyalarını satmağı tələb etməkdən çəkindi, lakin o, şirkətdən gələcək süni intellekt sərmayələri barədə hökumətə əvvəlcədən məlumat verməsini tələb edir.

ABŞ-ın "Washington Post" qəzetində yer alan xəbərə görə, "Google" sözçüsü Peter Şottenfels qərara reaksiya verərək: "Ədliyyə Nazirliyinin tövsiyələri məhkəmənin qərarından çox kənara çıxmağa davam edir", - deyərək, bu addımın Amerikanın istehlakçılarına, iqtisadiyyatına və milli təhlükəsizliyinə zərər verəcəyini iddia edib.

Avqust ayında ABŞ-ın federal hakimi Amit Mehta "Google"un internet axtarışı və axtarış reklamında "qanunsuz monopoliya"ya sahib olduğuna qərar verərək internet texnologiyaları sahəsində mühüm qərar qəbul etmişdi. Hakim Mehta öz qərarında deyib: "Şahidlərin və sübutların ətraflı araşdırılmasından sonra məhkəmə aşağıdakı qərara gəlib: "Google" monopoliyadır və bu inhisarı qorumaq üçün hərəkətə keçib. Bu, Şerman Qanununun 2-ci maddəsini pozur".

ABŞ Ədliyyə Nazirliyinin 24 yanvar 2023-cü il tarixində verdiyi açıqlamada, Kaliforniya, Kolorado, Konnektikut, Nyu Cersi, Nyu York, Rhode Island, Tennessi və Virciniya əyalətlərinin baş prokurorlarının Virciniya Şərq Bölgəsi Məhkəməsində "Google"a qarşı “antiinhisar” iddiası qaldırdıqları açıqlanıb.

Açıqlamada, "Google"un sənayedəki hökmranlığına qarşı hər hansı təhlükəni aradan qaldırmaq və ya ciddi şəkildə azaltmaq üçün rəqabət əleyhinə, istisna və qeyri-qanuni üsullardan istifadə etdiyi, şirkətin bir çox rəqəmsal reklam texnologiyası məhsullarını inhisara aldığı iddia edildi.

Açıqlamada, "Google"un son 15 ildə reklam texnologiyası üzrə rəqiblərini satınalmalar yolu ilə zərərsizləşdirdiyi və ya ortadan qaldırdığı, şirkətin rəqəmsal reklam bazarındakı hökmranlığından istifadə edərək daha çox nəşriyyatı və reklamçıları öz məhsullarından istifadə etməyə məcbur etdiyi və rəqib məhsullardan istifadənin qarşısını aldığı qeyd edilib.

Açıqlamada, "Google"un sektordakı hökmranlığını beləcə gücləndirdiyi və şirkətin rəqabətə zidd davranışının məzmununa yer verildiyi ifadə edildi.

ABŞ Ədliyyə Departamenti 2020-ci ildə axtarış və axtarış reklamlarını monopoliya altına aldığı üçün "Google"a qarşı antiinhisar iddiası qaldırıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Mart 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri