Icma.az
close
up
RU
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: Sübutlara baxmaq vaxtıdır

ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: Sübutlara baxmaq vaxtıdır

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası daxili və beynəlxalq prosesləri manipulyasiya edərək reallığın təhrif olunmuş mənzərəsini yaratmaq üçün təbliğat aparırdı.

“Report” xəbər verir ki, bu barədə Baltimor Universitetinin professoru, konfliktologiya sahəsi üzrə ekspert İvan Saşa Şihanın analitik məqaləsində deyilir.

Müəllif qeyd edir ki, bu təbliğat ölkə daxilində bəzən iqtisadi problemlərin, sosial etirazların və böhranların real miqyasını gizlədirdi. Oxşar yanaşma beynəlxalq siyasətdə də tətbiq olunurdu, ikili standartlar siyasəti, xüsusən də Azərbaycan və Ermənistanla bağlı ritorikanın xarakterik xüsusiyyətinə çevrilmişdi.

Ağ Ev amerikalıları inflyasiya və artan xərclərlə üz-üzə qoysa da, iqtisadiyyatın inkişaf etdiyinə inandırmaqla dəfələrlə çaşdırıb. Bayden həmçinin mühakimə olunan oğlu və qardaşını əfv etməklə məhkəmə işlərinə qarışmamaqla bağlı vədini pozub. Ekspertin fikrincə, Demokratlar Partiyası aşkar faktlara məhəl qoyulmayaraq vətəndaşların dəstəyindən məhrum oldu.

ABŞ-nin hazırkı prezidenti Donald Trampın andiçmə mərasimindən bir neçə saat əvvəl Demokratlar Partiyasının Nevada ştatının birinci dairəsindən olan nümayəndəsi Dina Taytus "X" sosial şəbəkəsində paylaşım edib. Paylaşımda o, Azərbaycanda 18 erməni "siyasi məhbus"un "Artsax"da etnik təmizləmə nəticəsində məhkəmə qarşısına çıxarıldığını və bu məhkəmə prosesinin guya saxta olduğunu vurğulayıb.

"Bu sualı verənlər üçün qeyd edim ki, "Artsax" deyilən bir ərazi yoxdur. Bu torpaq beynəlxalq səviyyədə, o cümlədən ABŞ hökuməti tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Bura 1990-cı illərdən etibarən Rusiyanın dəstəklədiyi etnik erməni separatçıları tərəfindən qanunsuz olaraq işğal edilib. Əslində, "Artsax" separatçılar tərəfindən bu torpağa verilən ad idi", - müəllif bildirib. Onun sözlərinə görə, Azərbaycan 2023-cü ildə lokal antiterror tədbirləri zamanı əsl adı ilə Qarabağ olan bölgəni tamamilə öz nəzarətinə qaytarıb və bundan sonra "Artsax" onun saxta liderləri tərəfindən ləğv edilib. Taitusun dediyi "etnik təmizləmə" isə Ermənistana öz silahlı qüvvələrinin qayıtmasıdır.

"Siyasi məhbuslar" ifadəsinə gəldikdə isə, Ruben Vardanyan və digər separatçılar müharibə cinayətləri və terrorizmlə bağlı mühakimə olunurlar”, - professor qeyd edib. Ekspert diqqətə çatdırıb ki, Vardanyan erməni əsilli rus oliqarxıdır və 1990-cı illərin əvvəllərində Rusiyada çirkli pulların yuyulması hesabına milyardlar qazanıb: "O, uzun müddət Rusiyanın maraqlarının təmsilçisi olub, "Putinin pul kisəsi" ləqəbini qazanıb və bu gün Rusiyanın Ukraynadakı qanunsuz müharibəsini dəstəklədiyinə və ondan gəlir əldə etdiyinə görə Kiyevin sanksiyalarına məruz qalıb. Qanunsuz və tanınmayan "Artsax"ın dövlət naziri təyin edilib. Bəziləri onun Kremlin agenti kimi çıxış etdiyini, Moskvanın Ermənistan və Azərbaycan arasında sülh prosesini pozmaq və Rusiyanın regionda zəifləyən təsirini gücləndirmək səylərini dəstəklədiyini düşünür".

"Gizli və ya saxta məhkəmə iclasına gəldikdə isə, prosesdə yerli kütləvi informasiya vasitələri iştirak edir, növbəti mərhələ isə ictimaiyyətə açıq olacaq. ABŞ hökuməti tərəfindən maliyyələşdirilən "Azad Avropa radiosu" xəbər verir ki, ittiham olunanlara vəkillər və tərcüməçilər təyin edilib, bu, onların hüququdur. Əlbəttə, konqresmen Taytus bunu bilir və anlayır ki, amerikalılar faktları özləri yoxlaya bilərlər.

Bəs onda niyə Taytus yalnız öz və Rusiya maraqlarını qoruyan, eləcə də paytaxtında nasistə (Qaregin Njde-red) heykəl qoyan Ermənistana dəstək məqsədilə ABŞ-nin müttəfiqi sayılan Azərbaycana qarşı açıq şəkildə hücumlar edir? Belə olan halda Nevadanın ABŞ ştatları arasında erməni əhalisinin sayına görə beşinci yerdə qərarlaşması da oxucuda təəccüb doğurmaya bilməz", - Şihan fikirlərini davam etdirir.

Professor bildirir ki, bu, Demokratlar Partiyasının tanınmış nümayəndəsinin öz seçki dairəsində səs toplamaq xatirinə erməni maraqlarını ABŞ maraqlarından üstün tutması ilə bağlı ilk hal deyil. Trampı "rus marionet"i adlandıran kaliforniyalı demokrat Adam Şiff Qarabağdakı separatçıların maraqlarını qoruyurdu.

"Əksər amerikalılar razılaşacaqlar ki, separatçı liderlər işğal etməyə çalışdıqları ölkə tərəfindən tutulsalar, mühakimə olunmaları məntiqlidir.
Demokratlar ABŞ-nin etimadını necə itirdiklərini anlamaq istəyirlərsə, “1984”ü (Corc Oruellin totalitarizm barədə antiutopik romanı) oxumağa başlasalar, yaxşıdır. Ümid edək ki, onlar bunu nəzərdə tutulduğu kimi, vəzifə təlimatı kimi deyil, güc sahiblərinin həqiqət və faktları necə manipulyasiya edə biləcəyi barədə xəbərdarlıq kimi oxuyacaqlar”, - İvan Saşa Şihan əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://report.az
archiveBu xəbər 26 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri