ABŞ ən ağır hərbi itkilərdən birini yaşayıb 24 saat ərzində 6 təyyarəsi hədəfə alınıb
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-İsrail koalisiyası İranla davam edən qarşıdurma fonunda son 24 saat ərzində ən ağır hərbi itkilərindən birini yaşayıb.
Xarici KİV-lərin məlumatına görə, ABŞ-yə məxsus 6 hava gəmisi hədəfə alınıb, onlardan 3-ü tamamilə yararsız hala düşüb.
Məlumata əsasən, vurulan hərbi hava gəmiləri arasında bir F-15E qırıcı təyyarəsi, bir A-10 “Warthog” hücum təyyarəsi, iki HH-60W helikopteri və bir CH-47 “Chinook” yük helikopteri yer alır.
Hadisələrin ilk mərhələsində F-15E tipli döyüş təyyarəsinin İran hava məkanında vurulduğu bildirilir. Ardınca yaxın hava dəstəyi üçün istifadə olunan A-10 “Warthog” təyyarəsinin Hörmüz boğazı üzərində vurularaq Küveyt ərazisinə düşdüyü qeyd olunur.
Vurulan F-15E təyyarəsinin pilotlarını axtarmaq üçün göndərilən iki HH-60W helikopterinin də hədəfə alındığı, hücum nəticəsində ekipaj üzvlərinin yaralandığı, pilotlardan birinin xilas edildiyi, digərinin isə hələ də itkin düşdüyü bildirilir.
Qeyd olunur ki, baş verən hadisələrdən sonra Küveytdə yerləşən CH-47 “Chinook” tipli yük və hərbi personal daşıyan helikopterin İranın pilotsuz uçuş aparatı tərəfindən vurularaq sıradan çıxarılıb.
Eyni zamanda bir F-16 döyüş təyyarəsinin Küveytə təcili eniş etdiyi, iki KC-135 yanacaq doldurma təyyarəsinin isə fövqəladə vəziyyət siqnalı verdiyi bildirilir. Təyyarələrin texniki vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 04 Aprel 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















