ABŞ ən böyük gəmini göndərdi: 200.000 əsgər dərhal sahəyə endi Müharibə yaxınlaşır!
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Karib dənizinin ən böyük təyyarə gəmisi olan USS Gerald R. Ford- un dünən gəlişi bir daha Venesuelaya diqqət çəkdi.
Turkustan.az xəbər verir ki,Venesuela ABŞ-ın potensial hücumuna hazırlaşmağa başladığı bir vaxtda Vaşinqtonun narkotik ticarəti ilə mübarizə üçün avqust ayından bəri davam etdirdiyi regiona dəniz və hava qüvvələrinin yerləşdirilməsi artmaqda davam edir.
ABŞ-ın Karib dənizindəki hərbi varlığı artdıqca, Venesuela mümkün hücum ssenarisi üçün yüksək hazırlıq vəziyyətindədir.
ABŞ Karib dənizi sularına USS Gerald R. Ford təyyarədaşıyan gəmisini göndərdi. Cavab olaraq Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez Nikolas Maduronun hökumətinin “imperiya təhdidlərindən müdafiə üçün ölkə daxilində 200 min əsgəri cəlb etməklə yeni hərbi yerləşdirməyə başladığını” açıqlayıb.
Nazir Lopezin açıqlamalarına görə, səfərbərlik əmri quru, hava, dəniz, çay və raket elementlərinə, eləcə də silahlara, hərbi hissələrə, Bolivar milislərinə, mülki təhlükəsizlik orqanlarına və inteqrasiya olunmuş müdafiə komandanlıqlarına verilib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 12 Noyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















