ABŞ Ər Riyaddakı razılaşmaların monitorinqini öz üzərinə götürəcək
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqton Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlarda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət edəcək. Prosesə üçüncü dövlətlər də cəlb oluna bilər.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
"Biz başa düşürük ki, faktiki olaraq bizim razılaşmalarımız ABŞ ilədir. Onlar monitorinq üçün əsas məsul olanlardır. Üçüncü ölkələrin cəlb olunması məsələsini ABŞ gündəmə gətirir. Bu, əgər dənizdən danışırıqsa, Türkiyə, enerjidən danışırıqsa, Səudiyyə Ərəbistanı ola bilər. Hələlik bu, müzakirə səviyyəsindədir", - Zelenski bildirib.
Onun sözlərinə görə, Ər-Riyadda danışıqlar zamanı tərəflər Qara dənizdə atəşkəs və enerji infrastrukturuna hücumların qadağan edilməsi barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 26 Mart 2025 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















