Icma.az
close
up
RU
ABŞ Ermənistandan istifadə edir, amma... Razılaşmanın MOTİVLƏRİ

ABŞ Ermənistandan istifadə edir, amma... Razılaşmanın MOTİVLƏRİ

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda imzalayıblar.

İmzalanma mərasimi Dövlət Departamentinin "YouTube" kanalında yayımlanıb.

Bəs bu sənədin imzalanması dünya nizamında hansı dəyişikliklərə yol açacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Ermənistan və ABŞ arasında imzalanan bu sənədin məqsədi tam şəkildə aydın olmasa da, bəzi məsələləri rəsmiləşdirmək planlar arasındadır: 

"Bu sazişin hazırlanmasında tək aktor ABŞ tərəfi deyil, eyni zamanda Ermənistanın daxilində də sazişin hansı hadisələrə yol açacağı geniş müzakirə edilir. Fərziyyələr müxtəlifdir, bu saziş Rusiyanın əleyhinə də ola bilər, Bayden administrasiyasının son akkordları da hesab edilə bilər. Entoni Blinken sərhədlərin möhkəmələnməsində bir qrup mütəxəssisin göndəriləcəyini iddia edir. Məlum məsələdir ki, sərhəddə artıq Avropa Birliyinin vizual kəşfiyyatçıları var, bu da Azərbaycana məlumdur. Hazırda əsas problemlərdən biri kimi hesab edilən bu məsələylə bağlı addımlar atılmalıdır. Delimitasiya və demarkasiya məsələlərini aydınlaşdırmaq üçün vizual kəşfiyyatçıların ərazidən çıxarılması ilə bağlı zərurət doğur. Ermənistanın daxilində isə bu sazişin nəyə gətirib çıxaracağı barədə müxtəlif proqnozlar irəli sürülür. Bir çox mütəxəssislər bu sazişin nəticəsində Ermənistanın Rusiyaya qarşı olan asılılığının azaldılacağı və Qərb ilə daha sıx əməkdaşlığın mümkün ola biləcəyini müzakirə edirlər".

Arzu Nağıyev: Ermənistandan Cənubi Qafqaz regionunda nəzarət məqsədilə istifadə edilir

Onun sözlərinə görə, Rusiyanın reaksiyası ilə bağlı hər şey artıq məlumdur: 

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında öz fəaliyyətini dondurduğunu iddia edən Ermənistan Rusiyanı regiondan uzaqlaşdırmağa çalışır. Məlumdur ki, Rusiya Ermənistan ərazisindən çıxan deyil. Çünki, bu gün Türkiyə Ermənistan sərhədi, NATO isə Rusiya sərhədi deməkdir. Rəsmi Moskvanın razılığı olmadan Ermənistanda yeni bazanın açılması və yerləşdirilməsi qeyri-mümkün məsələdir. Ötən həftə Ermənistan parlamentinin Avropa İttifaqına müraciət etməsi də təsadüf deyil. Ermənistanın Avropa İttifaqına müraciət etməsi ölkənin Qərb istiqamətində atdığı bir addım olaraq qiymətləndirilə bilər. Bu, yalnız diplomatik əlaqələrin genişləndirilməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədini daşımır, həm də Ermənistanın geosiyasi mövqeyini dəyişmək və Rusiya ilə olan əlaqələrini daha da zəiflətmək cəhdidir".

Arzu Nağıyev Amerika Birləşmiş Ştatlarının Ermənistanda nüvə sahəsində əməkdaşlıqla bağlı addımlardan da söz açıb: 

"Metsamor Atom Elektrik Stansiyasından əlavə olaraq bir sıra kiçik stansiyaların tikintisi planlaşdırılır. ABŞ iddia edir ki, bu addımların atılmasında əsas məqsəd ekstremit İslam dövləti, xüsusilə İŞİD-lə mübarizə aparmaqdır. Bunların hamısını zaman göstərəcək. Hər şey Donald Trampın inuqrasiya mərasimindən sonra bəlli olacaq. Hər bir yeni layihə və qərar regionda daha geniş nəticələr doğura bilər. Zamanla bu addımların nəticələri daha aydın olacaq".

Deputat ABŞ-nin Ermənistandan istifadə edəcəyini vurğulayıb:

"Azərbaycan müstəqil siyasətini həyata keçirir. Ölkəmiz bilir ki, Ermənistandan Cənubi Qafqaz regionunda nəzarət məqsədilə istifadə edilir, lakin bu iddialar yetəri qədər absurddur. Rəsmi İrəvan əlində olan resurslarla, imkanlarla heç vaxt ABŞ ilə tərəfdaş olmaq ixtiyarına malik olmayacaq. Bütün fikirlər bir qənaətə gətirib çıxarır: Ermənistandan istənilən formada yararlanılır. Rəsmi Vaşinqton tərəfindən imzalanan bu saziş Ermənistana maliyyə yardımları, hərbi təhsil sahəsində birgə əməkdaşlıq, təlimlərin keçirilməsi kimi məsələlərə xidmət edə bilər. Lakin Tramp və onun komandasının bu sənədin icra edilməsinə necə yanaşacağı məlum deyil. Amerika Birləşmiş Ştatları vaxtilə Gürcüstanla da belə anlaşma imzalamışdı. Hər şey siyasi konnekturadan asılıdır. Hər bir halda beynəlxalq təşkilatlar bu sənədin imzalanmasının səbəblərini dərindən araşdırılmalı, təhlil etməlidir",

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri