ABŞ Filippində Çinə qarşı raket kompleksləri yerləşdirəcək
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Cənubi Çin dənizi regionunda Çinə qarşı durmaq üçün Filippində raket sistemləri və digər silah növləri yerləşdirmək niyyətindədir.
Oxu.Az bildirir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri ABŞ Dövlət Departamentinin Manilada keçirilən illik danışıqların yekunlarına dair bəyanatına istinadən xəbər verir.
ABŞ və Filippin birgə bəyanatda Çinin Cənubi Çin dənizindəki hərəkətlərini "qanunsuz və yanıldıcı" adlandıraraq pisləyiblər. Yeni bəyanatda məhz hansı silahların əlavə olaraq yerləşdirilməsinin planlaşdırıldığı dəqiqləşdirilmir. Yalnız o bildirilir ki, tərəflər "ABŞ-nin qabaqcıl raket və pilotsuz sistemlərinin Filippində yerləşdirilməsinin artırılması üzərində işləyəcəklər".
WSJ-nin məlumatına görə, Filippin Tayvan ətrafında baş verə biləcək mümkün hərbi münaqişədə ABŞ strategiyasının əsas elementi kimi nəzərdən keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 17 Fevral 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















