ABŞ generalından İrana XƏBƏRDARLIQ “Blokadanı yarmağa cəhd etsələr...” VİDEO
Icma.az, Bizim media saytına istinadən bildirir.
“ABŞ İran bayrağı altında üzən gəmiləri fəal şəkildə təqib edəcək”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bildirib.
O qeyd edib ki, ABŞ ordusu tam döyüş hazırlığını qoruyur və istənilən anda genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazırdır.
Generalın sözlərinə görə, Vaşinqtonun fəaliyyəti Hörmüz boğazının blokadasına deyil, İran limanları və sahil xəttinin mühasirəyə alınmasına yönəlib.
General qeyd edib ki, bu blokada ilə yanaşı, ABŞ qüvvələri digər məsuliyyət zonalarında – o cümlədən Sakit okean istiqamətində admiral Paparonun komandanlığı altında – İran bayrağı altında üzən və ya İrana maddi dəstək göstərməyə çalışan istənilən gəmiləri aktiv şəkildə izləyəcək və təqib edəcək.
Bu tədbirlər, həmçinin İran neftini daşıyan “kölgə donanması” kimi tanınan gəmilərə də şamil olunur.
Keynin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri hər bir halda əvvəlcədən xəbərdarlıq edir.
Adətən bu xəbərdarlıq esmineslərdən birinin göyərtəsində xidmət edən gənc dənizçi tərəfindən edilir. Mikrofon vasitəsilə səsləndirilən müraciətdə bildirilir:
“Blokadanı yarmağa cəhd etməyin. Gəmilər yoxlanılacaq və yüklər müsadirə ediləcək. İran limanlarına doğru və ya oradan hərəkət edən bütün gəmilər istiqaməti dəyişməli və ya yoxlama qrupunun gəmidə baxış keçirməsinə hazır olmalıdır. Əks halda, güc tətbiq ediləcək”.
Məlumata görə, bu gün səhərədək ABŞ Mərkəzi Komandanlığı konkret olaraq heç bir gəmini ələ keçirməyə ehtiyac duymayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 16 Aprel 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















