Icma.az
close
up
RU
ABŞ getdi, silahlı qruplaşmalar hədəfə alındı: İraqda YENİ MƏRHƏLƏ

ABŞ getdi, silahlı qruplaşmalar hədəfə alındı: İraqda YENİ MƏRHƏLƏ

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən ay ABŞ və Böyük Britaniya qüvvələri İraqdakı son hərbi bazalarını (o cümlədən İrbil və Bağdaddakı obyektləri) tərk edərək ikiqəsdlik hərbi mövcudluğa və İŞİD-ə qarşı "Inherent Resolve" missiyasına rəsmi olaraq son qoydular. Həmçinin regional münaqişələr fonunda İraqda ciddi siyasi və təhlükəsizlik dəyişiklikləri baş verir. 

Ölkə daxilində silahlı qrupların tərksilah edilməsi istiqamətində aparılan siyasət İraqın geosiyasi aləmdəki vəziyyətinə necə təsir edə bilər?

Politoloq Natiq Miri mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan bildirib ki, İraq dövlətinin etdiyi dəyişikliklər öz suverenliyini bərpa etmək adına çox müsbət hadisələrdir. Çünki müxtəlif bəhanələrlə İraqa hərbi müdaxilə edən ABŞ-nin rəhbərlik elədiyi koalisiya artıq İraq ərazisini tərk etdi:

"ABŞ-nin İraq ərazisini tərk etməsi imkan verir ki, İraq yenidən müstəqil dövlət kimi toparlana və bütün ərazilərində suveren hüquqlarını bərpa etmiş olsun. Eyni zamanda, paralel olaraq Birləşmiş Ştatlarının rəhbərlik elədiyi koalisiya İraqdan çıxarılırsa və İraq suveren bir dövlət olaraq bundan sonra öz fəaliyyətini müəyyənləşdirirsə, deməli, İraqda dövlət güc orqanlarından başqa heç bir güc və silahlı qruplaşmalar mövcud ola bilməz. O baxımdan İraqın Baş nazirinin konkret qərarı ilə bütün silahlı qruplaşmalar öz silahlarını dövlətə təhvil verməlidirlər. Yəni, İraq daxilində yalnız dövlət güc orqanları silah daşımaq səlahiyyətinə malik olacaq".

N. Miri vurğulayıb ki, İraq qonşu dövlətlərlə, o cümlədən Türkiyə ilə artıq konkret anlaşma da əldə edib. PKK kimi terror təşkilatlarının, o cümlədən İranın proksi qüvvələrinin tamamilə silahsızlaşdırılmasından sonra qardaş Türkiyə də Mosulda olan hərbi bazasını tədricən tərk etməyə başlayacaq. Bu, İraq dövləti adına və təhlükəsizlik nöqteyi-nəzərindən çox müsbət hadisə kimi dəyərləndirilməlidir.

Politoloq Natiq Miri

"Dövlətdən kənar silahlı qruplaşmaların varlığı bir dövlətin hər zaman təhlükəsizliyini təhdid edən çox ciddi amildir. Belə bir dövlət beynəlxalq aləmdə normal, hüquqi, suveren bir dövlət kimi, eyni zamanda etibarlı və təhlükəsiz tərəfdaş kimi qəbul edilə bilməz. Ona görə İraqın Baş naziri Zeydin bu qərarı icraata yönələr və konkret ciddi nəticələr əldə olunarsa, bu, beynəlxalq aləmdə İraqın nüfuzunu qaldıracaq. İraqa olan etimadı və İraq dövlət olaraq bir təhlükəsizlik amili olaraq qəbul olunacaq. 

Ona görə də hər bir cəhətdən İraq dövlətinin bütünlüyü və suverenliyi üçün bütün silahlı qruplaşmaların ləğvi mütləqdir. Bu kontekstdə ola bilsin ki, müəyyən qruplaşmalarda olan insanlar İraqın dövlət güc orqanlarına transfer olunacaqlar. İstəməyənlər də bütövlükdə silahı təhvil verəndən sonra tamamilə bu qruplaşmalardan çıxmaq məcburiyyəti ilə üzləşəcək. Əks təqdirdə, dövlət onları tərksilah etmək üçün xüsusi təhlükəsizlik əməliyyatlarına başlayacaqlar" -  deyə müsahibimiz izah edib.

Yezidi kürdlərin yaşadığı Sincar bölgəsinin əslində bir terror yuvası olduğunu bildirən N. Miri hesab edir ki, başda PKK olmaq şərtilə İranın dəstəklədiyi Həşdi Şabi milisləri də orada özlərinin ciddi fəaliyyətlərini qurublar, yerləşiblər və konkret təlim mərkəzləri yaradıblar. Dolayısı ilə sözügedən bölgədə idarəetmə bu terror qruplaşmalarının ixtiyarındadır:

"Bir dövlətin içində bu cür terror qruplaşmaları mövcud olduqca bu dövləti heç bir beynəlxalq aləmdəki dövlətlər ciddi saymaz, onunla əməkdaşlıqda o qədər də maraqlı olmaz. Çünki hər bir dövlət üçün, o cümlədən xüsusi maliyyə mərkəzləri və şəbəkələri üçün İraqın mütləq mənada sabitliyə ehtiyacı var. Bu zaman investisiya üçün risk amilləri aradan qalxacaq. İraq əgər gələcək inkişafını normal dövlət olaraq təmin etmək istəyirsə, bu silahlı qruplaşmalar ləğv olunmalı və silahlar dövlətə təhvil verilməlidir. Düşünürəm ki, İraq bu istiqamətdə qardaş Türkiyə ilə birgə fəaliyyət göstərəcək. Əks təqdirdə Sincarı tərk etmək istəməyən terrorçu qruplara qarşı İraq və Türkiyə birgə hərbi əməliyyatlar həyata keçirə bilər".

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Oktyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri