ABŞ girovları azad etmək üçün HƏMASa qarşı sanksiyaları sərtləşdirə bilər
Icma.az, Apa.az saytına istinadən bildirir.
ABŞ prezidenti Co Baydenin administrasiyası girovları azad etmək üçün HƏMAS hərəkatına qarşı sanksiyaların sərtləşdirilməsini və digər tədbirlər görməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savettin şənbə günü yaydığı bəyanatda deyilir.
ABŞ və İsrail vətəndaşlığı olan Eden Alexander adlı girovun HƏMAS-ın yaydığı videomüraciətini şərh edən Ağ Ev rəsmisi prezident administrasiyasının onun ailəsi ilə əlaqə saxladığını deyib.
"Məsələ üzərində razılaşma var. Prezident Bayden və ABŞ dövləti diplomatiya və sanksiyalar, hüquq-mühafizə və digər tədbirlər vasitəsilə HƏMAS terrorçularına artan təzyiq də daxil olmaqla, vətəndaşlarımızın azad edilməsi üçün yorulmadan işləməyə davam edəcəklər", - deyə Savett bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 01 Dekabr 2024 03:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















