Icma.az
close
up
RU
ABŞ hakimiyyəti Meta dan 1,4 trilyon dollar tələb edir

ABŞ hakimiyyəti Meta dan 1,4 trilyon dollar tələb edir

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

ABŞ-ın dörd ştatının baş prokurorlarının qaldırdığı iddia çərçivəsində "Meta” şirkətini təxminən 1,4 trilyon dollar məbləğində cərimə gözləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

İddialar Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi ştatlarının hakimiyyət orqanları tərəfindən qaldırılıb. İddiaçılar bildirirlər ki, "Meta” "Facebook” və "Instagram” platformalarını azyaşlı istifadəçilərin diqqətini maksimum dərəcədə cəlb etmək və onlarda sosial şəbəkələrdən asılılıq yaratmaq məqsədilə qəsdən bu formada hazırlayıb.

Bundan əlavə, şirkət uşaqlar üçün platformalarının təhlükəsizlik səviyyəsi ilə bağlı ictimaiyyəti yanlış məlumatlandırmaqda ittiham olunur.

Mümkün cərimənin məbləği barədə məlumat "Meta”nın prokurorluğun vəsatətlərinə təqdim etdiyi məhkəmə cavabında yer alıb. Şirkət bildirib ki, 1,4 trilyon dollarlıq zərər qiymətləndirilməsi heç bir sübutla təsdiqlənmir və əsassız hesablamalara əsaslanır.

Korporasiya qeyd edib ki, bu qədər böyük maliyyə sanksiyasının ABŞ-ın istehlakçı hüquqlarının müdafiəsi qanunvericiliyinin tətbiqi tarixində analoqu yoxdur.

"Meta” həmçinin iddiaçıların tələblərini həm faktiki, həm də hüquqi baxımdan əsassız adlandırıb və məhkəmədə öz maraqlarını müdafiə etməyə davam edəcəyini bəyan edib.

"Reuters”in məlumatına görə, mümkün cərimənin məbləği "Meta”nın hazırkı bazar kapitallaşmasına yaxındır. Şirkətin bazar dəyəri təxminən 1,5 trilyon dollar qiymətləndirilir.

İşə 2026-cı ilin avqustunda Kaliforniya ştatının Oklend şəhərində yerləşən federal məhkəmədə baxılması planlaşdırılır.

Kaliforniya Prokurorluğu iddia edir ki, təqdim olunan sübutlar "Meta”nın azyaşlıların təhlükəsizliyindən daha çox kommersiya maraqlarına üstünlük verdiyini göstərir. Qurumun mövqeyinə görə, şirkətin fəaliyyəti uşaq və yeniyetmələrin psixi sağlamlığının pisləşməsinə səbəb ola bilər və bu səbəbdən də iddiaçılar korporasiyanın tam məsuliyyətə cəlb olunmasına çalışırlar.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 İyul 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri