ABŞ Harvard Universitetinə veriləcək federal maliyyəni dayandırmaq üçün hərəkətə keçdi
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti kampusda antisemitizm ilə bağlı şikayətlərin kifayət qədər araşdırılmadığı səbəbilə Harvard Universitetinin gələcək tədqiqat qrantlarına və federal maliyyələşdirməyə çıxışının qarşısını almaq üçün rəsmi proses başladıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Filistinə dəstək aksiyaları və müxtəliflik, bərabərlik və daxilolma proqramları səbəbilə uzun müddətdir federal hökumətin hədəfində olan Harvard Universiteti ilə Donald Tramp administrasiyası arasındakı mübahisə tərəflər arasında aparılan danışıqlara baxmayaraq davam edir.
Səhiyyə və İnsan Xidmətləri Departamenti universiteti kampus daxilində antisemitizm hadisələrinə qarşı qəsdən biganəlik göstərməkdə ittiham edərək, federal fondlardan məhrum edilməsi üçün Harvard Universitetini rəsmi araşdırma prosesinə yönləndirib.
Əgər proses Harvardın əleyhinə nəticələnərsə universitetin ABŞ hökuməti ilə yeni müqavilələr bağlaması və tədqiqat fondlarından faydalanması qadağan ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 30 Sentyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















